Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi "Anım günü"nün Suraxanı rayonunda keçirilməsi ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun sərəncamı ilə tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri təşkil olunur.
Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin xüsusi qrafik üzrə "Anım günü" ərəfəsində Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlığına start verilib.
Ziyarətçilərə məlumat verilib ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi 4 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib.
Ziyarətçilər mərkəzdə Ulu Öndərin 1970-1984-cü illərdə və Azərbaycan müstəqillik əldə etdikdən sonra 1993-2002-ci illərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən materiallarla, geniş sərgi salonunda Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı şəkillərlə, sənədlərlə, foto-slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə "Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir" mövzusunda elektron sərgi ilə tanış oldular və xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz iradə", "Xilaskar" və "Millət Atası" filmlərinə baxıblar.
ZÜMRÜD