PDF Oxu

Sosial

  • 370

Bilik Fondunda daha bir kurs uğurla başa çatdırıldı

Bilik Fondunda daha bir kurs uğurla başa çatdırıldı

Avtomobillərə texniki xidmət üzrə kursu bitirən gənclərə sertifikatlar verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində "Auto Azərbaycan" MMC bir sıra Bakı kəndlərində yaşayan gənclər üçün "Avtomobillərə texniki xidmət üzrə usta hazırlığı" kurslarında ödənişsiz təlimlər keçib.

"SƏS"ə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda kursu uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub. Tədbirdə "Auto Azərbaycan" MMC-nin Təlim Mərkəzinin rəhbəri Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi-mütəxəssis Qurban Məmmədov və təlim keçən gənclər iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçdiyinə görə "Auto Azərbaycan" MMC-nin rəhbərliyinə və təlimçilərə təşəkkürünü bildirib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, fond bu istəqamətdə ikinci dəfədir ki, təlim kursları təşkil edir. Artıq Qax Bilik Evində "Auto Azərbaycan" MMC ilə əldə edilən razılaşma əsasında 12 nəfər gənc avto-çilingər peşəsi üzrə təlim kursunda edib və üç aylıq təlimin sonunda onlar proqramı müvəffəqiyyətlə başa vuraraq, müvafiq sertifikatlar əldə ediblər. Ötən il Qax Bilik Evində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı olan gənclər "avtomobillərə texniki xidmət üzrə usta hazırlığı" təlimi keçiblər.

Rövşən RƏSULOV

Digər xəbərlər