Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının üçüncü nömrəsi işıq üzü görüb.
Azərbaycan Yaradıcılıq Fondundan "Səs" qəzetinə verilən məlumata görə, jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışı ilə açılır.
Jurnalın "Multikulturalizm nəzəriyyəsi" bölməsində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "V Bakinskiy mejdunarodnıy qumanitarnıy forum - ploşadka mirovoqo masştaba, kotoraya dayot ponimaniye, v kakom napravlenii obşestvu nado dviqatcsə" məqaləsi işıq üzü görüb.
"Müqəddəs ocaqlarımız" rubrikasında oxucular Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlunun, "Dialoq" bölməsində ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinkanın müsahibəsi ilə tanış ola bilərlər.
"Çoxmədəniyyətlilik" bölməsində filologiya elmləri doktoru Paşa Kərimovla filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin "Multikultural dəyərlər "Multikulturalizm" jurnalının bu dəfəki region əlavəsi Qarabağ bölgəsinə həsr edilib: Qənbər Şəmşiroğlu, Tahir Rza, Vahid Əlifoğlu, Famil Səlimoğlu, Baxşeyiş Abbasoğlu, Telman Hüseyn, Rizvan Nəsiboğlu, İsa Sevər, İslam Kəbirli, Xatirə Rəhimbəyli, Yəhya Paşazadə, Xosrov Natil, Valeh Allahverdiyev, Vəli Qurbanoğlu, Kərəm Salahoğlu, Arif Məmmədli, Kamil Vəfədar, Ələmdar Cabbarlı, Məmməd İbrahimli, Vəliş Zirvəli, Yusif Kamal, Cahandar Aybər, Zabil Süleymanov, Zabil Təcnis, Seyid Malik, Məhsəti Musa, Gündüz Sevindik, Firuzə Mübarizqızı və Şəhriyar Seyidoğlunun şeirləri, Hacı Nərimanoğlu və Səfurə Çərkəzqızının hekayələri, Çinarə Ömray və Bəsti İsmayılovanın esseləri işıq üzü görüb.
NƏZAKƏT