PDF Oxu

Sosial

  • 180

"Multikulturalizm və Azərbaycan"

"Multikulturalizm və Azərbaycan"

Bü mövzuda Nəsimi rayonunda tədbir keçirilib

Nəsimi rayon icra hakimiyyəti tərəfindən "Multikulturalizm ili"nə həsr edilmiş silsilə tədbirlərdən olan növbəti tədbir 14 saylı tam orta məktəbdə baş tutub. Tədbir iştirakçıları ilk öncə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxıblar. Tədbiri Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açaraq bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir.

A.Əsgərov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" 11 yanvar 2016-cı il tarixli Sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir: "Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Dahi Öndər Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir".

Rayon rəhbəri onu xüsusi vurğulayıb ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var: "Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməklə dünyaya sülh mesajı verdi".

Sonda tədbir iştirakçıldarı şagirdlər tərəfindən milli və dünya ölkələrinin mahnıları dinləyib, rəqslərinə tamaşa ediblər.

Ü.ƏSGƏROV

Digər xəbərlər