PDF Oxu

Sosial

  • 1 167

Xurşid Banu Natəvanın geyimləri sərgidə nümayiş olunur

Xurşid Banu Natəvanın geyimləri sərgidə nümayiş olunur

AMEA-nın Milli Aazərbaycan Tarixi Muzeyində təşkil olunan "Qadın geyim bəzəkləri" sərgisində görkəmli Azərbaycan şairəsi, xan qızı Xurşid Banu Natəvanın geyimləri ilk dəfə kompleks şəkildə nümayiş etdirilir. Xan qızının fondda mühafizə olunan yeddi saxlama vahidi geyimindən dördü nümayiş olunur. Bu geyimlər zərxaradan tikilmiş, boynu və yaxası baftalı köynəkdən, məxmərdən tikilmiş və qol ağzı güləbətin tikmə üsulu ilə bəzədilmiş nimtənədən, qaz parçadan tikilmiş və ətəyinə baftadan bəzək verilmiş tumandan, muncuqtikmə üsulu ilə bəzədilmiş başmaqdan ibarətdir. Sərgidə, həmçinin, X.B. Natəvanın öz əli ilə tikdiyi yaxalıq da nümayiş olunur.

X.B.Natəvanın muzeydə mühafizə olunan şəxsi əşyaları haqqında məlumatlarla "Xan qızı"nın anadan olmasının 180 illiyinə həsr olunmuş "Xurşidbanu Natəvan-180" adlı kataloqda tanış olmaq mümkündür.

ZÜMRÜD

Digər xəbərlər