PDF Oxu

Sosial

  • 469

Azərbaycan Respublikası 15-ci Berlin Təhlükəsizlik Konfransında

Azərbaycan Respublikası 15-ci Berlin Təhlükəsizlik Konfransında

Ölkəmizi daxili işlər naziri Ramin Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib

Noyabrın 29-30-da Almaniyanın paytaxtında 15-ci Berlin Təhlükəsizlik Konfransı keçirilib. Qəzetimizə daxil olan məlumata görə, Azərbaycan Respublikasını konfransda daxili işlər naziri Ramin Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransın işində Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavabın verilməsi, xüsusilə, Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi və bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə, digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya-Fransa, habelə, NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub.

Rövşən RƏSULOV

Digər xəbərlər