PDF Oxu

Sosial

  • 441

Millət vəkili dağıdıcı müxalifət rəhbərlərinin iddialarına cavab verdi

Millət vəkili dağıdıcı müxalifət rəhbərlərinin iddialarına cavab verdi

"Qiymətlərin qaldırılmasının insanlara təsirini minimum səviyyəyə salmaq üçün hökumət bir çox sosial tədbirlər həyata keçirir"

Tarif Şurasının qəbul etdiyi son qərardan dərhal sonra dağıdıcı müxalifət rəhbləri siyasi dividend qazanmaq üçün, ənənələrinə uyğun olaraq özlərinin nəzarətlərində olan mətbu orqanlar vasitəsilə təxribat dolu dezinformasiyalarla gündəmi dəyişməyə cəhd etdilər. Bu adamların əsas məqsədi xalqı hakimiyyətdən narazı salmaq və insanlarda müxalifət düşərgəsinə qarşı "inam" yaratmaq arzusudur. Xüsusilə də, "Azadlıq.info", "Azadlıq" qəzetləri, eyni zamanda, sosial şəbəkələrdə "Meydan TV", "Azadlıq qəzeti", "Hamam Times", "AzTV-dən seçmələr" səhifələri vasitəsilə Tarif Şurasının son qərarını kontekstdən çıxarılaraq təhrif olundu. Guya Azərbaycanda yaxın zamanda sosial partlayış baş verəcək və iqtisadi böhran dərinləşib, elə bir həddə çatacaq ki, ölkədə aclıq və səfalət hökm sürəcək. Heç şübhəsiz ki, bu adamlar məhsulların qiymətlərinin milli valyutanın-manatın məzənnəsinə uyğunlaşdırılmasını öz aləmlərində "iqtsadi böhran" kimi qiymətləndirib ötən əsrin 90-cı illərinin abu-havasından hələ də xilas ola bilməyənlərdirlər. Məsələn, AXCP sədri Əli Kərimlinin "90-cı illər, əvvəllərində vəziyyət bundan yaxşı idi" deməklə, əslində, iqtidarda olduqları müddətdə öz səriştəsizliklərini ört-basdır etməyə çalışır. Ancaq o xatırlamalıdır ki, ötən əsrin 90-cı illərin əvvəllərində dövlət büdcəmiz yox dərəcəsində idi, rayonlarımız ard-arda işğal olunurdu, Azərbaycanda küçələrdə səfalət, oğurluq, kriminal hadisələr hər addımbaşı tüğyan edirdi. Bir sözlə, dövlət anlayışı tamamilə məhv olmaq ərəfəsində idi, cəmi bir neçə ay lazım idi ki, Azərbaycan yenidən müstəqilliyin itirsin. Lakin Ulu Öndər Heydər Əliyevin atdığı addımlar dövlətimizi bütün daxili və xarici təhlükələrdən xilas etdi. Qısası, bugünkü Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycanla müqayisə etmək naşılıq, savadsızlıq və qısqanclıqdan başqa bir şey deyil.

Millət vəkili Tahir Mirkişili "SƏS" qəzetinə açıqlamasında dağıdıcı müxalifət düşərgəsinin Tarif Şurasının son qərarından sonra guya Azərbaycanda yaxın günlərdə dərin iqtisadi böhranın, sosial partlayışın baş verəcəyi ilə bağlı iddialarına münasibət bildirib. O, qeyd edib ki, bu iddialar, fikirlər bəzi müxalifət nümayəndələrinin növbəti uydurmalarından biridir. Bu, yəqin ki, onların arzusudur. Ancaq Azərbaycanda xaos və sosial partlayış üçün heç bir əsas yoxdur. Təbii ki, iqtisadi çətinliklər var, bütün dünyada olduğu kimi, biz də bu çətinlikləri hiss edirik. Əhalinin böyük bir qrupunun bu çətinlikləri daha az hiss etməsi üçün və eyni zamanda, bəzi kommunal ödənişlərin qiymətinin qaldırılmasının insanlara təsirini minimum səviyyəyə salmaq üçün hökumət bir çox sosial tədbirlər həyata keçirir və keçirməyi planlaşdırır.

Millət vəkili T.Mirkişili onu da qeyd edib ki, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, məşğulluğun səviyyəsinin artırılması yönümündə ciddi islahatlar aparılır və planlaşdırılır. Azərbaycan xalqı və dövlət başçısı arasında ciddi birlik və etimad var. Məhz bu birlik və etimad çətinlikləri dəf etməyə və ölkəmizi inkişaf etdirməyə gətirib çıxaracaqdır".

Samir

Digər xəbərlər