PDF Oxu

Sosial

  • 389

Kitabxanaçılıq-informasiya sahəsi üzrə yaradılan fondun təqdimatı keçirilib

Kitabxanaçılıq-informasiya sahəsi üzrə yaradılan fondun təqdimatı keçirilib

AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında Kitabxanaçılıq-İnformasiya Sahəsi üzrə İxtisaslaşmış Fondun təqdimatı keçirilib.

MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova fondun yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, məqsəd kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbaycan haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmaqdır: "Kitabxanaçılıq sahəsi üzrə mütəxəssislərə müraciət edərək, onları təqdimatı keçirilən fondun gələcəkdə zənginləşdirilməsi ilə əlaqədar təkliflərini verməlidir.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Kitabxana resursları və informasiya-axtarış sistemləri kafedrasının müdiri, professor Xəlil İsmayılov Azərbaycanda kitabxanaşünaslığın inkişafından danışıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Kitabxana-İnformasiya Konsorsiumunun koordinatoru Cəmilə Yusifova və Azərbaycan Respublikası Prezident Kitabxanasının təmsilçisi Əliyusif Məmmədov çıxış edərək, biblioqrafiya sahəsindəki mövcud problemləri diqqətə çatdırıb, elektron resurslardan istifadənin zəruriliyini vurğulayıblar.

ZÜMRÜD

Digər xəbərlər