PDF Oxu

Sosial

  • 129

Etnoqraf-alimin monoqrafiyaları işıq üzü görüb

Etnoqraf-alimin monoqrafiyaları işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin bu günlərdə "Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər" və "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı" adlı monoqrafiyaları işıq üzü görüb.

128 səhifəlik "Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər" adlı monoqrafiyada "Kitabi -Dədə Qorqud" boylarında adətlər, inamlar, ailə-məişət münasibətləri təsvir edilib. Onların Naxçıvan paralelləri, "Bilqamıs" dastanı, həmçinin, digər türk xalqları ilə ortaq cəhətləri əks olunub. Tədqiqatlarda daha çox ayrı-ayrı boylar üzrə qarşılaşdırmalara, tarixi proseslərə, bir sıra adət və inamların genezisinə, müasir məişət münasibətlərində onların yerləşmələrinə üstünlük verilməsinə çalışılıb. Kitabda real vəziyyət daha dolğun öz əksini tapır.

200 səhifəni əhatə edən "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı" adlı monoqrafiyada dünya insan münasibətləri, Qurani-Kərimdə, Hədisi-Şəriflərdə, həmçinin, mənəvi mədəniyyətimizin ən ciddi məqamlarından sayılan insanın daxili ailəmi, həyat və ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları araşdırılıb. 2006-cı ildən qələmə alınan tədqiqat əsərində Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və bir sıra dahi şairlərin əsərlərindən parçalar verilib, onların baxışlarında məsələyə münasibət bildirilir.

ZÜMRÜD

Digər xəbərlər