Dünən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Liderin məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri qoyublar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan viodeoçarx nümayiş etdirilib.
Tədbiri açıq elan edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışıb: "Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərimiz də bir o qədər yaşayacaqdır: "Biz tariximizə, mədəniyyətimizə dəyər verməyi, məhz Ulu Öndərdən öyrənmişik. Hər bir xalqın, millətin dahi hesab olunan yazıçıları, şairləri, alimləri, heykəltaraşları, rəssamları və müxtəlif sənət adamları var. Eyni zamanda, Azərbaycanın da böyük dövlətçilik ənənəsi, tarixdə bütün istiqamətlər üzrə iz qoymuş dahi şəxsiyyətləri və zəngin mədəni irsi vardır. Azərbaycanın Nizamidən, Füzulidən tutmuş müasir dövrümüzə qədər bütün dahilərini bizlərə və dünyaya tanıtdıran, onların irsini ortaya çıxaran, məhz Ulu Öndər Heydər Əliyev olmuşdur". O, müasir Azərbaycan memarı kimi dövətiçiliyimizi sarsılmaz etmişdir. Ulu Öndər deyirdi ki, keçmişini bilməyən bu gününü qiymətləndirib gələcəyini qura bilməz: "Biz Ulu Öndərin şərəfli həyat yolunu, xalqımızı qarşısındakı müstəsna xidmətlərini daim təbliğ etməliyik ki, gələcəyimiz daha da möhkəm olsun".
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva bildirib ki, Heydər Əliyev deyəndə, göz önünə Azərbaycan gəlir: "Hər bir azərbaycanlı fəxr edir ki, onun Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti var. Ümummilli Lider Heydər Əliyevin irsi o qədər zəngindir ki, bu irs hələ uzun illər tədqiq olunacaq, bu istiqamətdə böyük araşdırmalar aparılacaqdır. O, Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin banisi kimi dünyanın ən nəhəng şəxsiyyətlərindən biri kimi tarixə düşdü. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda xaos yaşanırdı, rayonlarımız ard-arda işğal olunurdu, ölkəmiz vətəndaş müharibəsi ərəfəsində idi, Azərbaycanda sülh və əmin-amanlıqdan söhbət belə gedə bilməzdi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev ölkədə sabitlik yaratdı, dünyanın ən nəhəng neft şirkətləri ilə "Əsrin konraktı" imzalandı. Əgər Azərbaycanda sülh və sabitlik olmasa idi, heç bir dövlət ölkəmizə sərmayə qoymazdı. Bu gün də küçələrimizdə əcnəbilər, turistlər o qədər çoxdur ki, bu, bizi ancaq sevindirir. Çünki hər bir turist sərmayə deməkdir".
Digər sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və həyata keçirdiyi böyük layihələrdən danışıblar.
Samir