PDF Oxu

Sosial

  • 385

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında saziş imzalanıb

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında saziş imzalanıb

Dünən Cenevrədə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi"nin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və BMqT-nin baş direktoru Uilyam Leysi Svinq imzalayıblar. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov imzalanma mərasimində iştirak edib.

Mərasimdə ölkəmizə ötənilki səfərini və Azərbaycan nümayəndə heyətilə beynləxalq tədbirlər çərçivəsində işgüzar görüşlərini məmnunluqla xatırlayan Uilyam Leysi Svinq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, eləcə də, ölkədə multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev ölkəmizin bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə miqrasiya sahəsində qəbul olunan qanunların və hüquqi-normativ aktların ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının tam təmin edilməsinə geniş imkanlar açdığını xüsusi qeyd edib: "Bu sazişə əsasən icrasına başlanılacaq pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şərait yaradılmasından ibarətdir".

Samir

Digər xəbərlər