PDF Oxu

Sosial

  • 647

Səbaildə ilk dəfə püstə bağı salınır

Səbaildə ilk dəfə püstə bağı salınır

Səbail rayonunun icra hakimiyyətindən qəzetimizə verilən məlumata görə, qədim ənənələri bərpa edərək, püstəni öz qədim vətənində əkilməsini genişləndirmək, həmçinin, yerli iqlimə uyğunluğunu nəzərə alaraq ərazinin yaşıllaşdırılmasında istifadə etmək məqsədilə, ilk dəfə olaraq, Səbail rayonu "Şıx" yamacında salınan və hazırda ümumi sahəsi 29 hektara çatan "Ekoloji park"ın ərazisində əkilmiş şam ağacları ilə yanaşı, ilkin olaraq, 1 hektar sahədə Səbail rayon icra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə püstə bağı salınması qərara alınıb. Yamacda təcrübə qaydasında xaricdən gətirilən tinglər əkilərək, onlara daimi qulluq göstərilməsi və damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib. Ağacların inkişaf prosesi normal olduqdan sonra isə bu ərazıdə yaradılan Abşeronda ilk püstə bağı daha da genişləndiriləcəkdir.

Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, tikilən su anbarlarının yaxınlığında uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, burada qanunsuz aparılan tikintilərin sökülərək, torpaqların dövlətə qaytarılması işləri həyata keçirilir. Burada zəbt olunmuş torpaq sahələrinin hasarları sökülərək, 6 ha ərazi daş və digər tullantılardan təmizlənib.

Ölkə başçısı İlham Əliyevin Bibiheybət qəsəbəsinin "Şıx" yamacında və eləcə də, Badamdar qəsəbəsində yaşıllıqların salınması ilə bağlı verdiyi tapşırıqlara əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə burada yerli iqlimə və bu ərazinin relyefinə daha çox uyğun olan zeytun ağaclarının əkilərək, böyük bir bağın salınması prosesinə başlanılıb. Ümumilikdə, yalnız bu ərazidə 12 mindən çox zeytun ağacının əkilməsi planlaşdırılıb.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər