Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümünə həsr olunan tədbir keçirib. Öncə Azərbaycan Respublikasınm himni səslənib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu, Jalə Əliyeva və C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov çıxış edib. Çıxış edənlər Ulu Öndərin xalqımız, vətənimiz qarşısmda göstərdiyi xidmətlərdən danışıblar. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqınm xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd olunur. Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, Onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlanndan danışılıb. Qeyd olunub ki, Azərbaycanm tarixi və taleyi Heydər Əliyevin adı ilə qınlmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, məhz Onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Tədbirdə incəsənət ustalarından Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev çıxış edib. Bakı şəhər Kino Xidməti idarəsinin hazırladığı, ssenari müəllifı və rejissor Gültəkin Nərimanın "Xalqa bağışlanan ömür" adlı sənədli fılmi nümayiş olunub. Sonda iştirakçılara sözləri Həsən Kamala aid olan, Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahanın Ulu Öndərə həsr olunmuş "Elegiya"sı təqdim olunub.
SAMİR