PDF Oxu

Sosial

  • 665

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı

Nizami rayonunda müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan dövlətinin bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Dahi Şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışıb: "Dahi Lider Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə müasir infrastruktur yaradılıb, yeni şəhərlər salınıb, fabrik və zavodlar tikilib. Bu dövrdə təhsil sahəsində də davamlı islahatlar həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin yüksək səviyyəli ali təhsil müəssisələrinə göndəriliblər. Həmin dövrdə respublikada ali təhsil məktəblərinin sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlib. Məhz Ümummilli Liderin gördüyü qətiyyətli tədbirlər sayəsində ali hərbi məktəblərə qəbul olunan azərbaycanlı gənclərin sayı intensiv surətdə artmağa başlayıb, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb".

Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov anım mərasimində çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub və ölkədə bütün sahələrdə islahatlar başlanıb.

"Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub" - deyən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev geniş məruzə ilə çıxış edib.

Çıxış edən şəhid ailəsi Əminə Kərimova, müharibə əlili Fəxrəddin Bəhrəmov, müharibə veteranı Vəli Mehdiyev, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları diqqətə çatdırıblar ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir.

Sonda "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin fəaliyyətində aktiv olan bir qrup şəxsə medallar, həmçinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq nümayiş etdirənlərə fəxri fərmanlar təqdim edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər