PDF Oxu

Sosial

  • 913

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

1993-cü ildə hakimiyyətə Ulu Öndər Heydər Əliyevin gəlməsi vəziyyəti stabilləşməyə doğru inkişaf etdirdi

Yaponiyanın paytaxtı Tokio şəhərinin Setagaya vilayətində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən "Mənim Ana Vətənim - Azərbaycan" mövzusunda seminar keçirilib.

Ümumilikdə, 60 şagird və 5 müəllimin iştirak etdiyi seminar zamanı əsas diqqət Azərbaycanın tarixi, mədəniyyəti, insanlarının gündəlik həyat tərzi, müasir inkişafı və Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərində adi insanların roluna yönəldilib: "Azərbaycan qədim mədəniyyətə malik olan bir dövlətdir. Bu baxımdan, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlər və xalqlar Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynayıblar. Ölkəmiz Şərqlə Qərbi birləşdirən Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, dünya təhlükəsizliyinə də öz dərin töhfələrini verməkdədir".

1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyinə qovuşanda ölkəmiz islam dünyasında ilk demokratik dövlət, həmçinin, islam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Bundan əlavə Azərbaycan İslam dünyasında milli teatrın (Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri), operanın (Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" əsəri) və baletin (Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" əsəri) əsasının qoyulduğu yerdir.

Azərbaycanda kənd təsərrüfatı və turizm sektoru inkişaf etməkdədir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Azərbaycanın kənd təsərrüfatı məhsulları öz keyfiyyəti və uyğun qiymətləri ilə dünya bazarında öz yerini tutmaqdadır. Bu gün artıq Yaponiyada Azərbaycan balı, narı, şərabı, təbii şirələri, biyan kökləri öz layiqli yerini tutmaqdadır.

Qeyri-rəsmi məlumatlara görə, il ərzində Azərbaycandan Yaponiyaya 500 nəfər, Yaponiyadan Azərbaycana isə 5 min nəfər insan səyahət edir. Azərbaycanın kənd təsərrüfatında Yaponiya texnikası və təcrübəsindən yüksək səviyyədə istifadə edilir. Bütün bunların nəticəsində ikitərəfli münasibətlərimizdə inkişaf gözə çarpacaq dərəcədədir.

Qeyd edək ki, proqram çərçivəsində Serbiya, İran və Hindistandan olan nümayəndələr də öz ölkələri haqda məlumatlar veriblər.

Sonda idarə heyəti və şagirdlərlə xatirə şəkli çəkilib.

R.RƏSULOV

Digər xəbərlər