Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyətinin fəalları Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə Onun abidəsini böyük ehtiramla ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra "Mübarək" Şadlıq Sarayında ehsan mərasimi təşkil olunub.
Mərasimdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov əıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yoluna nəzər salıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyətə qayıdışı və müstəqilliymizin təmələnin möhkəmlənməsindən sonra Ümummilli Liderin səyi və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə islahatlar aparılmağı başlanıldı. Rayon təşkilatının sədri bu gün Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın hərtərəfli tərəqqi və inkişaf yolunda olduğunu bildirdi. Hazırda bütün dünyanın diqqəti inkişafın Azərbaycan modelinə yönəlib. Azərbaycan regionun lider dövləti, aparıcı qüvvəsidir.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışını vurğulayaraq, bu tarixi hadisədən sonra Azərbaycanın dinamik inkişaf prosesinin başlandığını diqqətə çəkiblər. Qeyd olunub ki, bu gün Azərbaycan dünyada güclü dövlət kimi tanınır. Müasir müstəqil dövlətimizin Memarı və Qurucusu, Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Ümummilli Lider Azərbaycanda güclü ordu formalaşdırdı. İndi Azərbaycanın güclü, ən müasir standartlara cavab verən nizami ordusu var. Azərbaycan dövləti qüdrətləndikcə, gücləndikcə Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti daha aydın görünür və Dahi Şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
NƏZAKƏT