PDF Oxu

Sosial

  • 23 631

Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir

image

Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və hər iki ölkə arasındakı ciddi əlaqələr qarşılıqlı maraqlara söykənir. Azərbaycan bu günə qədər beynəlxalq səviyyədə apardığı siyasət və müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla olan münasibətlərində dünyada sülhün qorunmasında mühüm rol oynadığını sübut edib. Eləcə də, Azərbaycan-İsrail arasındakı qarşılıqlı-faydalı münasibətlər dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. İsrail həm də Azərbaycan neftinin ən böyük alıcılarındandır. Bu baxımdan, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir.

Bundan başqa, Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan İsraildən ən müasir silahlar alır və bu silahlar ərazilərimizin işğaldan azad edilməsində, ölkə sərhədlərinin qorunmasında çox böyük rol oynayacaq. İsrailin istehsal etdiyi "Dron"lar aprelin əvvəlində təmas xətində baş verən münaqişə zamanı özünü doğrultmuşdur. Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olması, hər iki ölkənin daxili işi olmaqla yanaşı, ölkələrimizin inkişafına və təhlükəsizliyin təmin olunmasında böyük rola malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Məsələnin daha ciddi və real siyasətə söykənən tərəfləri vardır. Belə ki, İsrail Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsində çox mühüm rol oynayaraq, dostluq münasibətini və ölkəmizin təhlükəsizliyinin, milli maraqlarımızın qorunmasında maraqlı olduğunu ortaya qoymuş oldu. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb.

İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər. ABŞ-dakı yəhudi lobbisi daim Azərbaycanın maraqlarını müdafiə edib. Əgər Azərbaycanın maraqları bu qədər müdafiə olunmasa idi, erməni lobbisi ABŞ-Azərbaycan münasibətlərini çox pis günə salmışdı. Amma Amerikadakı yəhudi lobbisi 1-ci yerdədir. Məsələ bundadır ki, İran lobbisi ermənilərlə işbirliyinə can atdığı bir ərəfədə ABŞ-dakı yəhudi lobbisinin özü bizə müraciət edir ki, əməkdaşlıq edək. Yəni İsrail-Azərbaycan münasibətlərinin kökündə dərin, düşünülmüş, gələcək inkişafa və qarşılıqlı maraqlara söykənən siyasət durur. Hazırda Azərbaycan və yəhudi lobbisinin əməkdaşlığı eməniləri qorxuya salan əsas amillərdən biridir.

Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər.

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma və imkan kimi baxır.

Samir

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...