PDF Oxu

Sosial

  • 789

"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü açıq elan edir

"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü açıq elan edir

"Şahdağ" Turizm Mərkəzi dekabr ayının 15-dən etibarən 2016-2017-ci il qış mövsümünü açıq elan edir. Mərkəzdən "Səs" qəzetinə verilən məlumata istinadən, Turizm Mərkəzi, hər il olduğu kimi, bu il də planlaşdırılan əyləncəli tədbirləri ilə hər kəsin zövqünü oxşayacaq.

Hər il olduğu kimi, bu il də xizəkçilik üstünlük təşkil etsə də, aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə - ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peynbol, at üstündə gəzinti, uşaq parkı, paraplan və atıcılıq kimi yeni qış əyləncələri də hazırlanmışdır. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək.

Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar. Qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunmuşdur. Məhz bunun göstəricisidir ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının statistikasına əsasən, "Şahdağ Hotel və Spa" 9 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutmuşdur.

NƏZAKƏT

Digər xəbərlər