PDF Oxu

Sosial

  • 778

Cari ildə nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

Cari ildə nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

Dünən Respublika Talassemiya Mərkəzində ilin yekinlarına dair hesabat tədbiri keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafla yanaşı, həyata keçirilən sosial-yönümlü tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Talassemiya xəstəliyinin geniş yayılmış problemlərdən biri olduğunu bildirən mərkəzin direktoru bu xəstəlikdən əziyyət çəkənlərin daim dövlət tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb: "2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı"nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin, perinatal diaqnostika -müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkənlərə lazımi müayinə və müalicələr yüksək səviyyədə aparılır. Hazırda mərkəzdə dispanser qeydiyyatda olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur". Onun sözlərinə görə, 2016-cı il ərzində Respublika Talassemiya Mərkəzinə 21009 müraciət olunub, bunlardan 2749 ilkin müraciət etmiş şəxslərin 276 nəfəri dispanser qeydiyyata götürülüb. Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə almışdır.

C.Məmmədov bütün görülən işlərlə yanaşı "2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə" Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlərin aparıldığını diqqətə çatdırıb.

NƏZAKƏT

Digər xəbərlər