PDF Oxu

Sosial

  • 909

"Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq"

"Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq"

Dünən Mərkəzi-Elmi Kitabxanada AMEA-nın və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə "Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq elmi seminar işə başlayıb.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq dünya ölkələri arasında elmi əlaqələrin inkişafının vacibliyindən, bu münasibətlərin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. A.Əlizadə seminarın ictimaiyyətin diqqətini multikulturalizm ideyalarına cəlb etmək və ölkələr arasında humanitar sahədə beynəlxalq əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Yeni mərhələdə elmi əlaqələrin inkişaf perspektivləri və ənənələr: dialoq və əməkdaşlıq" mövzusunda məruzəsini təqdim edib. Şərqin humanist dəyərləri ilə zəngin olan Azərbaycanın Qərb maarifçiliyi istiqamətində də inkişaf etdiyini söyləyən akademik bildirib ki, respublikamız dialoqa açıq, qarşılıqlı münasibətlərə hörmətlə yanaşan və əməkdaşlıq çərçivəsində digər tərəfin maraqlarını nəzərə alan ölkə kimi tarixi inkişafını uğurla davam etdirir.

Akademik İ.Həbibbəyli çıxışında onu da vurğulayıb ki, seminar bütün elmi-nəzəri əhəmiyyəti ilə müxtəlif dövrləri, fərqli coğrafiyaları təmsil edən elm adamlarının qarşılıqlı əlaqələrini formalaşdırmağa, yaxınlaşdırmağa və inkişafa xidmət etdiyi üçün multikulturalizm baxımından böyük əhəmiyyət daşıyır.

Tədbirdə Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere "Zaman, müasir inkişaf və elmi əməkdaşlıq", Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski "MDB xalqlarının ədəbiyyatı və folklorunun tədqiqi sahəsində elmi əməkdaşlığın perspektivləri", Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayev "Türkmənistan elmi: inkişaf perspektivləri və birgə elmi layihələrin mümkünlüyü" mövzusunda məruzələrlə çıxış ediblər.

NƏZAKƏT

Digər xəbərlər