Dünən Bakı Dövlət Universitetində sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov fakültə heyətini əlamətdar gün münasibətilə təbrik edərək, SEP-in universitet həyatındakı rolundan bəhs edib: "Ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb. Fakültə kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan, digər ali məktəblər və kolleclər, habelə, bir sıra digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak edirlər".
Daha sonra dekan, professor Hikmət Əlizadə fakültənin tarixi və bu günü barədə məlumat verib. Məlum olub ki, hazırda fakültənin nəzdində səkkiz kafedra, elmi-tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir. Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir olduğunu bildirib.
Millət vəkilləri Hadı Rəcəbli, Səməd Seyidov və professor Əjdər Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.
Tədbir işini bədii hissə ilə yekunlaşdırıb.
NƏZAKƏT