PDF Oxu

Sosial

  • 1 641

Levon Ter-Petrosyan: "Mən İlham Əliyevi rasional düşünən dövlət xadimi kimi qəbul edirəm"

Levon Ter-Petrosyan: "Mən İlham Əliyevi rasional düşünən dövlət xadimi kimi qəbul edirəm"

Ermənilərin birinci prezidentindən şok etiraflar

"Hakimiyyət başı ilə cavab verməli olacaq!"

"Mən son məqalələrimin birində qeyd etmişdim ki, Ermənistanda baş verən bəlaların kökündə - ağır sosial vəziyyətin yaranmasında, xalqın səfalət içində yaşamasında, kütləvi mühacirətdə, ordunun yetərincə silahlanmamasında, qanunsuz seçkilərin keçirilməsində, ədalətsizlikdə, insan hüquqlarının pozulmasında korrupsiya- dövlət məmurlarının acgözliklə milli sərvətlərimizi talaması amili dayanır".

SİA xəbər verir ki, Ter-Petrosyanın bu fikirlərini "Aravot" qəzeti dərc edib. Belə ki, o, Ermənistan Milli Konqresinin II qurultayındakı çıxış edərkən, Qarabağ məsələsinin ölkəsinə gətirdiyi bəlalar barədə real ifadələr işlədərək, artıq Azərbaycanla kompromisə getməyin zamanının çatdığını vurğulayıb.

Levon Ter-Petrosyan öz çıxşında Ermənistandakı mövcud ağır durumdan, eyni zamanda, 1998-ci ildə yazdığı "Müharibə, yoxsa sülh?" məqaləsindən və həmin məqalədən sonra onun hakimiyyətdən getməsinə səbəb olmuş hadisələrdən bəhs edərək, Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikrlər səsləndirərək vurğulayıb: " Mübarizlik ruhunda etdiyim ritorikama baxmayaraq, mən İlham Əliyevi rasional düşünən dövlət xadimi kimi qəbul edirəm. O, öz xalqına da lazım olan sülhün əldə edilməsi üçün müvafiq istiqamətdə əhəmiyyətli addımlar atır. Necə ki, vaxtilə Onun mərhum atası Heydər Əliyev öz sağlam düşüncəsi ilə mənim yazdığım "Müharibə, yoxsa sülh?" adlı məqaləmə diqqət ayırmışdı".

"Bizə qarşı orijinal erməni düşüncəsi ilə paradoksal sillogizm nümayiş etdirəcəklər"

Levon-Ter Petrosyan daha sonra deyib ki, o, bu çıxışından sonra Ermənistanın siyasi və informasiya məkanında necə səs-küyün qopacağını təsəvvürünə gətirir: "Biz, yenidən bizə qarşı başladılan kobud davranış karnavalının şahidi olacağıq. Bizim yaxamıza həmin köhnə yarlıkları asacaq və təhqir dirəyinə bağlayıb orijinal erməni düşüncəsi ilə paradoksal sillogizm nümayiş etdirəcəklər".

Sabiq prezident çıxışının sonunda Qarabağ münaqişəsinin həll istiqamətində bir neçə maddə təklif edib:

A. Bu problem həlli olmadan nə Ermənistanda, nə də Qarabağda perspektivlər, çiçəklənmə və inkişaf baş verməyəcək. Ötən 18 il ərzində bunu anlamamaq mümkün deyil.

B. Danışıqlar masasına oturmaqdan başqa həll yolu yoxdur. Əgər növbəti məqam əldən verilərsə, bu, bizim üçün daha pis nəticələr verəcək.

V. Münaqişə həll olunarsa, tərəflərin heç biri özünü qalib, yaxud məğlub hesab etməməlidir. Əks halda münaqişənin yenidən qızışması baş qaldıra bilər.

Q. Erməni Milli Konqresi irəli sürdüyü təkliflərdən başqa digər təkliflərin ciddi rol oynamayacağı qənaətindədir.

D. Bu məsələdə əsas cavabdeh tərəf, bilavasitə hakim rejim və onun siyasi gücləridir. Bizim təkliflərlə razılaşarlarsa, lap yaxşı, razılaşmasalar, onda başları ilə cavab verməli olacaqlar.

E. Əgər hakimiyyət daha səmərəli və qələbə xarakterli həll variantları taparsa, biz bunu alqışlamaqla yanaşı, üzr də istəyəcəyik.

J. Biz münaqişə zamanı ermənilərlə yanaşı, həm də azərbaycanlıların çəkdikləri əzablarına görə dərdlərinə şərik olur, onların ürək ağrılarını bölüşürük.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər