PDF Oxu

Sosial

  • 600

Səfirin qətli təxribatdır...

Səfirin qətli təxribatdır...

RUSİYA VƏ TÜRKİYƏNİN MÖVQEYİ

"Bu terror aksiyası Rusiya və Türkiyə arasında mövcud olan ikitərəfli əməkdaşlığın pozulmasına qarşı yönəlmiş təxribatdır. Əgər bu, belədirsə, bu zaman ümid etmək istəyirik ki, vəhşi cinayətin sifarişçiləri Rusiya-Türkiyə münasibətlərində yenidən soyuqluğun yaranmasına nail ola bilməyəcəklər". SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski bəyan edib.

Slutskinin sözlərinə görə, baş verən hadisə alçaqcasına və qorxaqcasına törədilmilş cinayətdir və bu cinayət kökündən araşdırılmalıdır. "Günahkarlar, icra edənlər və sifarişçilər ən sərt cəzaya məhkum olunmalıdırlar və söz yox ki, bu cinayət BMT-nin Təhlükəsizlik Şurasında müvafiq şəkildə qiymətləndirilməlidir"-deyə komitə rəhbəri vurğulayıb.

Leonid Slutskinin dediyinə görə, Duma hadisə barədə dekabrın 21-də müzakirə apara bilər.

Frants Klintseviç: "Hadisə arxasında radikal islamçılar dayanır"

"Mən şübhə etmirəm ki, hadisə arxasında radikal islamçılar dayanıb, istər "İŞİD", istərsə də "Cəbhət ən-Nusra". Həfəd də aydındır - Suriyaya görə ölkəmizdən qisas almaq və eyni zamanda, Rusiya və Türkiyəni yenidən qarşı-qarşıya qoymaq"-bu barədə jurnslitlərlə söhbətində Rusiya Federasiyasının Təhlükəsizlik və Müdafiə Komtəsinin sədri Frants Klintseviç bəyan edib.

Klintseviç vurğulayıb ki, səfirin öldürülməsi heç bir məntiqə sığmayan, dəhşətli, eləcə də, dünya tarixində presedentsiz bir hadisədir. "Düşünürəm ki, artıq terror təhlükəsi artır - deyə fikirlər səsləndirməyin əhəmiyyəti yoxdur. Hər şey göz önündədir"-deyə qeyd edən Klintseviç bildirib ki, dünya birliyi bu istiqamətdə hərəkətə keçməlidir.

Ramzan Kadırov: "Alçaqcasına törədilmiş cinayətin təşkilatçıları tapılacaq"

Hadisə ilə bağlı Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov da bəyanat verib və onun tərəfindən qeyd olunub ki, alçaqcasına törədilmiş cinayəti törədənlər ən sərt şəkildə cəzalarını almalıdırlar. Kadırov sözlərini "İnstagram" səhifəsində yazıb. O, vurğulayıb ki, baş verənlər, bir daha göstərir ki, terrorçuluqla bütün dünya mübarizə aparmalıdır.

Mixail Fedotov: "Bu hadisə "casus belke"-müharibəyə təhrik marağını güdür"

"Rusiyanın İnsan Haqları üzrə Prezident Şurası terror aksiyasına görə hiddət hissi keçirir". B fikirlərlə isə Şuranın sədri Mixail Fedotov çıxış edib.

"Səfirin həyatına qəsd etmək yalnız beynəlxalq hüquqa zidd olan məsələ deyil, həmçinin, insanlığa qarşı törədilmiş cinayətdir"-deyə qeyd edən Fedotov vurğulayıb ki, bu cinayət xeyirlə şər arasında olan mübarizədir və "casus bele" - müharibəyə təhrik marağını güdür: "Ümid edirəm ki, bizim hamımızda kifayət qədər sağlam düşüncə mmövcuddur və yenidən nifrətetmə atmosferinin yaranmasına imkan verməyəcəyik".

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Rusiya təxribatlara uymamaq üçün artıq yetərli dərəcədə peşəkarlığa sahibdirlər"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə, hadisə ilə bağlı bəyan edib ki, Rusiya səfirinin qətli, bilavasitə təxribatdır. Bu barədə "Anadolu" agentliyi yazıb.

Türkiyəli dövlət başçısının sözlərinə görə, Türkiyə və Rusiya təxribatlara uymamaq üçün artıq yetərli dərəcədə peşəkarlığa sahibdir.

Ərdoğan Putinlə telefon danbışığı apardığını deyərək, sözügedən istiqamətdə birgə səylərin göstəriləcəyi barədə razılaşdıqlarını bir daha vurğulayıb.

Binəli Yldırım: "Nə Avropa, nə Asiya nə Yaxın Şərq, nə də Rusiya deyə bilməz ki, biz terrordan müdafiə olunmuşuq"

Onu da qeyd edək ki, hadisə baş verəndən dərhal sonra Türkiyənin baş naziri Binəli Yıldırıb bəyan etmişdi ki, rusiyalı səfir Karlovun öldürülməsinin Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması ərəfəsində baş verməsi təsadüfi hesab oluna bilməz.

Türkiyəli siyasətçi həmkarı Dmitri Medvedevlə telefon danışığı apararaq, Karlovun ölümü ilə bağlı Rusiya dövlətinə, xalqına və səfirin ailəsinə başsağlığı verib vurğulayıb ki, insident Türkiyə və Rusiya arasındakı münasibətlərə neqativ təsir göstərməməlidir.

Yıldırım söhbəti əsnasında Berlində baş vermiş terror aksiyasını da xatırladaraq deyib ki, artıq terrorçuluqla qlobal ölçülərdə mübarizə aparmağın zamanı çatıb. "Artıq heç kim, nə Avropa, nə Asiya nə Yaxın Şərq, nə də Rusiya deyə bilməz ki, biz terrordan müdafiə olunmuşuq. Bu məsələdə ümumu maraqlara söykənən mövqe bildirmək bir şərtə çevrilib. Həm regional, həm də qlobal əməkdaşlıq göstərmək lazımdır"-deyə türkiyəli xarici siyasət rəhbəri vurğulayıb.

Bu arada, onu da qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin deputatları da hadisənin iki ölkə arasındakı normallaşan münasibətlərinin yenidən pozulmasına yönəlmiş çirkin addım olduğunu qeyd ediblər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər