Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.Rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə Yevlaxın Kürboyu ərazilərində 90 hektar sahədə yeni meşəliklər salınıb. Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyiliklərində salınan meşələrə əsasən tut, göyrüş, akasiya, meliya ağacları əkilib. 73 hektar sahədə meşələrə mexaniki xidmət göstərilib, 2600 hektarda suvarma işləri həyata keçirilib.Kökləndirmək üçün 0,5 hektar sahədə 20 min ədəd nar qələmi basdırılıb, 2 hektarda böyütmə sahəsi yaradılıb. Üç hektar sahədə tinglik səpilib, akasiya, maklora, iydə, göyrüş və digər ağacların 747 kiloqram toxumu tədarük edilib.
AZƏRTAC