PDF Oxu

Sosial

  • 828

Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə

Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə

Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" layihəsi çərçivəsində Binəqədi rayonunun 135, 267, 283 saylı məktəblərində tədbir keçirmişdir.

Layihədə sağlam həyat tərzi, gender bərabərliyi, QİÇS, erkən nikahlar problemləri haqqında məlumat verilmişdir: "Sosial hadisə olan erkən nikah ailə məsələlərində ciddi narahatlıq doğuran aktual mövzulardan biridir. Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailədə bir sıra problemlərə gətirib çıxarır".

Layihə rəhbərinin sözlərinə görə erkən nikah iki yolla baş verə bilər: bilavasitə qızın öz istəyi ilə və ya valideynlərin təkidi ilə: "Birinci yol zamanı erkən nikah cütlüyü bir-birini sevən şəxslər olur ki, məhz bu istək əsasında onlar hələ erkən yaşlarında olarkən, ailə qurmaq qərarına gəlirlər. Məhz bu səbəbdən, bu iki yolu bir-birindən fərqləndirmək lazımdır. Lakin bu nikahın yarada biləcəyi fəsadların səbəblər fərqli olsa da, nəticə eynidir".

Bəşəriyyəti düşündürən və rahatsız edən ağrılı problemlərdən söhbət açılan tədbirdə qeyd olunub ki, narkomaniya narkotik vasitələrdən istifadə etdikdə, yaranan xroniki xəstəlikdir: "Narkotikdən bir neçə dəfə istifadə etdikdə, insan onun əsirinə çevrilir, belə ki, həm psixoloji, həm fiziki cəhətdən nakotikdən asılı olur. Yeniyetmələrin 14 faizi ilk dozanı qəbul etdikdən sonra narkomana çevrilir. Narkotik, ilk növbədə, insanın sağlamlığına ziyan vurur, belə ki, bədən arıqlayır, orqanizmin fiziki gücü zəifləyir, nəticədə qaraciyər və böyrək zəhərlənir. Belə insanlar 6-7 il ömür sürürlər, heç bir amalları, məqsədləri olmur, ancaq yeyir- yatır və doza axtarırlar".

Layihə çərçivəsində keçirilən tədbirdə bu sahədə maariflənmə əldə ediblər. İnanırıq ki, bu cür layihələrin icrası onların gələcək həyatında iz qoyacaqdır.

Tural Turan

Digər xəbərlər