PDF Oxu

Sosial

  • 607

"Azəravtoyol" ASC "Uğur" Milli Mükafatına layiq görülüb

"Azəravtoyol" ASC "Uğur" Milli Mükafatına layiq görülüb

"Azəravtoyol" ASC 2016-cı il ölkədə yol infrastrukturunun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatına layiq görülüb. Cəmiyyət 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, həmçinin, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larına uyğun olaraq, yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırdığına, ümumilikdə, 200 km-ə yaxın magistral avtomobil yollarını 1-ci texniki dərəcəyə uyğun yenidən qurduğuna, 600 km-dən artıq 30 kənd, qəsəbə və rayonlararası yolları təmir və bərpa etməklə, 220 kənd və qəsəbədə, həmçinin, 13 rayon mərkəzində yaşayan 1 mln-a yaxın vətəndaşın rahat və təhlükəsiz hərəkətini təmin etdiyinə, yolların yenidən qurulması ilə sərnişin və yük daşımasının artımına, ən əsası isə, həmin ərazilərdə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxardığına görə, bu mükafata layiq görülüb.

Samir

Digər xəbərlər