PDF Oxu

Sosial

  • 622

Mübariz Qurbanlı Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin operativ həlli üçün konkret tədbirlər görürlər.

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin sədri M.Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

R.RƏSULOV

Digər xəbərlər