PDF Oxu

Sosial

  • 1 098

YAP Şəmkir rayon təşkilatında geniş tərkibli Şura iclası keçirilib

YAP Şəmkir rayon təşkilatında geniş tərkibli Şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında 2016-cı ildə görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələr, eləcə də təşkilatda hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla bağlı geniş şura yığıncağı keçirilib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ilk öncə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verərək bildirib ki, təşkilat öz fəaliyyətini hər zaman partiyanın Nizamnaməsi və tələbləri çərçivəsində qurub, ölkə başçısı İlham Əliyevin daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş təbliği istiqamətində davam etdirir.

F.Vəliyev hesabat-seçki yığıncaqlarında hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalı olduğunu bildirib: "Hesabat-seçki yığıncaqlarında gənclərin partiyada sayının çoxalması ilə əlaqədar onların təşkilatlarda fəaliyyətləri yüksək əlaqələndirmə mexanizminin yaradılması, çoxsaylı üzvləri olan ilk təşkilatların idarə olunması təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır". F.Vəliyev YAP Şəmkir rayon təşkilatı üzrə 112 ərazi ilk partiya təşkilatlarında qrafik üzrə hesabat seçki yığıncaqları keçiriləcəyini qeyd edib: "Rayon təşkilatının Şura üzvlərinin iştirakı ilə keçiriləcək ilk təşkilatların hesabat seçki yığıncaqlarından rayon təşkilatının konfransına nümayəndəlik normasına uyğun olaraq nümayəndələr seçiləcək".

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Abdulla Sadıqov bildirib ki, partiyadaxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır: "Hesabat dövründə şuranın və idarə heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk təşkilat sədrləri yeniləşdirilməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirilməlidir".

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Məcid Şıxlıniski, YAP Şəmkir rayon təşkilatı İdarə Heyyətinin üzvləri Ruhid Hacıyev və Pərvin Gözəlov, ilk partiya təşkilatı sədrləri Abdulla Rzayev, Tofiq İsgəndərov gündəlikdə duran məsələ ilə bağlı fikirlərini, təkliflərini bildiriblər.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

RƏFİQƏ

Digər xəbərlər