PDF Oxu

Sosial

  • 823

Zamanın çağırışları

Zamanın çağırışları

Sarkisyan rejimi: nə ölkəni idarə etmək strategiyası, nə də taktikası var

Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Bu, həqiqətən də, faktdır. Bu baxımdan da, başqalarına qarşı əsassız ittihamlarla çıxış edən ermənilər həmişə bu yolu tutaraq, qonşu xalqlar haqqında yalan danışmağa, əsassız iddialar irəli sürməyə vərdiş ediblər. Nəticədə isə, onlar rusların ermənilərə "it quyruğu" adı verilməsi ilə barışmalı olurlar.

Bu yerdə bir məqamı da xatırlatmaq yerinə düşər ki, "yalan ayaq tutar, amma yeriməz". S.Sarkisyan hansı formada yalan danışsa da, yenə də həqiqət üzə çıxır.

Yuliya Latınina: "Balaca və yoxsul Ermənistanın qarşısında qüdrətli və varlı Azərbaycan var"

Rusiyanın "Exo Moskva" radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi olduğu "Kod dostupa" verilişində Azərbaycanın qüdrətli və inkişaf etmiş ölkəyə çevrildiyini deyib, Ermənistanın ünvanına ağır ifadələr işlədib: "Ermənistan Rusiyanın arxasınca it quyruğu kimi sürünür. Xatırladıram ki, bizim- Rusiyanın satelliti olan Ermənistan adında ölkə var... Ermənistan bizdən heç cür yaxa qurtara bilməz. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın qarşısında qüdrətli və varlı Azərbaycan var. 20 il ərzində Azərbaycan neftin və kifayət qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı və bu gün Ermənistan küncə sıxılıbsa, təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var-Rusiyanın Ermənistana yardımı və budur, bütün dövrlərdə bizim sadiq nökərimiz olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür..."

Arye Qut: "Erməni xalqı Azərbaycan torpaqlarını zəbt etməklə özünü biabır edən Qarabağ klanının hökmranlığından yorulub"

Ermənistanda son baş verən hadisələrlə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut işğalçı ölkədə yaşayan insanların Sarkisyanın cinayətkar oliqarx rejimindən narazı olduqlarını bildirib. İsrailli ekspertin fikrincə, Sarkisyan rejiminin müasir Ermənistanın problemlərini həll etməkdə acizlik dərəcəsinin bütün hədləri aşmasından əhalinin narazı olması bu gününün reallığıdır: "Ermənistanın istər iqtisadi, istərsə də siyasi vəziyyəti göstərir ki, ölkə səmərəli idarə olunmur, çünki məhz iqtisadi durum hökumətin fəaliyyətinin real bacarığının aynasıdır. Ermənistanın iqtisadi göstəricisi son dərəcə aşağıdır: dünyada 116-cı yer. Erməni xalqı Ermənistanda hakimiyyəti ələ keçirərək zorla saxlayan, Ermənistanı Azərbaycan torpaqlarını zəbt etməklə biabır edən Qarabağ klanının hökmranlığından yorulub və zara gəlib."

Hakim oliqarx rejimi öz xalqına qarşı "ağ soyqırımı" siyasəti yürüdür

A.Qutun fikrincə, iqtisadiyyat, acınacaqlı vəziyyətdə olan ölkənin hakim oliqarx rejimi öz xalqına qarşı "ağ soyqırımı" siyasəti yürüdür: "Bunun da nəticəsində, hazırda Ermənistanda 1,5 milyondan çox adam qalıb. Ermənistan rifah və iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqazda sonuncu yerdədir. Sosial-iqtisadi deqradasiyanın səviyyəsindən, korrupsiyanın yüksək olmasından isə danışmağa dəyməz. Bu gün Ermənistanda baş verənlər hansısa xarici qüvvələrin sifarişi deyildir, Ermənistan cəmiyyətinin özündə yetişən gerçək daxili etirazdır. Hərçənd hamıya məlumdur ki, Ermənistanın indiki rəhbərliyi əli bütünlüklə Azərbaycanın Xocalı şəhərinin günahsız sakinlərinin qanına bulaşmış real terrorçulardan ibarətdir. Ermənistan rəhbərlərinin nə strategiyası, nə də taktikası var. Danılmaz faktdır ki, onlar Ermənistanı Cənubi Qafqazda batan gəmi kimi hamının tərk etdiyi asılı ölkə vəziyyətinə salıblar".

İsrail ekspertinin fikrinə görə, Sarkisyan rejimi istər iqtisadiyyatda, istərsə də siyasətdə iflasa uğrayıb: "Təəssüf ki, Ermənistanda faşistlər qəhrəman obrazında təqdim edilir, üstəlik, hakim partiya Qaregin Njdeni öz ideoloqlarından biri sayır".

Ermənistan iqtisadiyyatı real rəqəmlərdə

Ermənistan iqtisadiyyatında son 20 ildə baş verən problemlər barəsində, xüsusilə siyasəti, iqtisadiyyatı və Ermənistanı bilən mütəxəssis üçün təhlil yazmaq asandır. Çünki bu təhlildə obyektivlik baxımından əvvəlcə Ermənistanın iqtisadi vəziyyəti haqqında rəsmi qurumlarının və müstəqil beynəlxalq təşkilatların verdiyi göstəricilər buna imkan verir. Məsələn, ümumdünya rəqabət qabiliyyətinin analiz edildiyi "The Global Competitiveness Report 2014-2015"-in nəticələrinə görə Ermənistan 6 pillə geri gedərək, 144 dövlət arasında 85-ci olub. Region dövlətlərindən Azərbaycan və Gürcüstan isə müvafiq olaraq 3 və 1 pillə yüksəlib. Araşdırmanın nəticələrinə görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə yoxsulluq həddi 27,6 faiz olsa da, 2013-cü ildə 33 faizə qədər yüksəlib. Yoxsulluq həddində olan təbəqədə 1,1 faiz, çox yoxsul həddində olanlarda isə 0,7 faiz artım müşahidə edilib, əhalinin hər üç nəfərindən biri (32 faizi) yoxsul hesab edilir. Onlardan 13,3 faizi yoxsulluq həddinin altında, 2,7 faizi isə çox yoxsul vəziyyətdədir. Rəqəmlərlə ifadə edildiyində isə, bu, o deməkdir ki, Ermənistanda 967 min nəfər yoxsul, 402 mən nəfər yoxsulluq həddinin altında, 82 min nəfər isə çox yoxsul əhali kütləsi yaşayır.

Ermənistan iqtisadiyyatı defolt təhlükəsi qarşısında

Son illər Ermənistan hökuməti böyük həcmdə daxili və xarici borc yığır ki, bu da defolta səbəb ola bilər. Ermənistanın "Aykakan jamanak" qəzetinin yazdığına görə, 2015-ci ildə Ermənistanın dövlət borcu 4,9 milyard, 2016-cı ildə isə % dollar təşkil edəcək, bu göstərici 2008-ci ildə 2,13 milyard dollar olub və bunun 1,82 milyard dolları xarici borcun payına düşüb: "Əgər 2008-ci ildə dövlət borcu ÜDM-in 18 faizini təşkil edirdisə, o, 7 ildə cəmi 2,5 dəfə artaraq, 2015-ci ildə təqribən 44,5 faizə çatacaq".

Ermənistanın maliyyə nazirinin müavini Atom Cancuqazyan rəsmi Yerevanın 5 milyard 79 milyon dollar, yaxud 2 trilyon 457 milyard dram borcunun olduğunu deyib. Ölkənin xarici borcunun 4 milyard 317 milyon dollar, daxili borcunun isə 761 milyon dollar olduğunu deyib. Xarici borcun ümumi daxili məhsula olan nisbəti isə 41%-dir.

Təbii ki, bütün bunlar, bir daha sübut edir ki, Ermənistan hökuməti 23 ildə siyasi böhran və qeyri-müəyyən "islahatlar" yolunda olub və qarşıdakı 2017-ci ilə də işğalçı ölkənin bundan sonra da islahatlar aparmaq gücündə olmadığını bir daha təsdiqləyir.

A.SƏMƏDOVA

Digər xəbərlər