PDF Oxu

Sosial

  • 880

YAP Şəmkir rayon təşkilatında geniş tərkibli şura iclası keçirilib.

YAP Şəmkir rayon təşkilatında geniş tərkibli şura iclası keçirilib.

Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında 2016-cı ildə görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələr, eləcə də təşkilatda hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla bağlı geniş şura yığıncağı keçirilib.

Yığıncaqda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ilk öncə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verərək bildirib ki, təşkilat öz fəaliyyətini hər zaman partiyanın Nizamnaməsi və tələbləri çərçivəsində qurub, ölkə başçısı İlham Əliyevin daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş təbliği istiqamətində davam etdirir.

F.Vəliyev onu da vurğulayıb ki, hesabat-seçki yığıncaqlarında hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalıdır.

F.Vəliyev, həmçinin qeyd edib ki, rayon təşkilatı üzrə 112 ərazi ilk partiya təşkilatlarında qrafik üzrə hesabat-seçki yığıncaqları keçiriləcək və rayon təşkilatının konfransına nümayəndəlik normasına uyğun olaraq nümayəndələr seçiləcək.

YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Abdulla Sadıqov çıxışında bildirib ki, yığıncaqlarda partiyadaxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır.

Daha sonra YAP Şəmkir rayon təşkilatının sədr müavini Məcid Şıxlıniski, rayon təşkilatı idarə heyyətinin üzvləri Ruhid Hacıyev və Pərvin Gözəlov, ilk partiya təşkilatı sədrləri Abdulla Rzayev, Tofiq İsgəndərov gündəlikdə duran məsələ ilə bağlı fikir və təkliflərini bildiriblər.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər