PDF Oxu

Sosial

  • 913

"Naxçıvan tarixi" çoxcildliyi Naxçıvan Muxtar Respublikası mükafatına təqdim olunub

"Naxçıvan tarixi" çoxcildliyi Naxçıvan Muxtar Respublikası mükafatına təqdim olunub

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib. Elmi-tədqiqatla məşğul olan işçilərin il ərzində qazandıqları uğurları yüksək qiymətləndirən akademik, fəaliyyətlərindəki bəzi çatışmazlıqların aradan qaldırılmasını tövsiyə etdi.

Həmçinin, akademik İ.Hacıyev "Naxçıvan tarixi" çoxcildliyinin Naxçıvan Muxtar Respublikası mükafatına təqdim edildiyini bildirib.

İclasda Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Taryel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək, Naxçıvan tarixi çoxcildliyinin nəşrini yüksək qiymətləndiriblər.

Tədbirdə bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov elmi-tədqiqat institutlarında 2017-ci ildə görüləcək işlərin mövzularını açıqlayıb.

İclasın sonunda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə cari məsələlərdən danışıb. O, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın, Catherine Marro, Remi Bertho və Savaş Sarıaltunun həmmüəllif olduqları "Kültəpədə arxeoloji tədqiqatlar (2013-2016)" və Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Aliyə Rzayevanın "Naxçıvan kimyaçıları" adlı hazırladıqları kitabları Rəyasət Heyətinin üzvülərinə təqdim etdi.

ZÜMRÜD

Digər xəbərlər