PDF Oxu

Sosial

  • 920

BTQ-dən növbəti uğur!

BTQ-dən növbəti uğur!

Dəmir yolu bağlantısının Gürcüstan hissəsində sınaqlar müvəffəqiyyətlə keçirilib

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "SƏS"ə verdiyi məlumata görə, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər. Belə ki, bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun təkər arabacıqları dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilərək) Türkiyə sərhədi istiqamətinə göndərilməsi sınağı uğurla həyata keçirilib.

Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir

Stansiyadakı konteyner meydançasında 40 tonluq kranla iritonnajlı konteynerin vaqondan-vaqona götürülüb-qoyulması sınağı da uğurlu alınıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən qeyd olunur ki, Azərbaycan BTQ yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər