YAP Tərtər rayon təşkilatının yeni inzibati binasında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon təşkilatı qərargahının foesində qoyulmuş büstü önünə gül dəstələri qoyaraq, Onun xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edərək, Ümummilli Liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün, məhz Ulu Öndərin 1991-ci ilin 16 dekabrında hələ Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri işlədiyi dövrdə bayram kimi qeyd olunmasına verdiyi qərardan və artıq 25 ildir ki, bu günün bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən fəxrlə qeyd edildiyindən danışıb.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov yenicə istifadəyə verilmiş YAP rayon təşkilatının inzibati binasında ilk dəfə 31 Dekbar-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasını, həm də rayon təşkilatının qeydiyyatında olan 5903 nəfər YAP üzvü üçün təbrik mesajı kimi qəbul olunduğunu qeyd edib.
Tədbirdə Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova da çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ideyalarının, möhtərəm Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında ardıcıl olaraq həyata keçirilməsində hər bir YAP üzvünün üzərinə düşən vəzifələrdən danışıblar.
Samir