PDF Oxu

Sosial

  • 892

"Şahdağ" Turizm Mərkəzinə rekord sayda turist gəlib

"Şahdağ" Turizm Mərkəzinə rekord sayda turist gəlib

"Şahdağ" Turizm Mərkəzində Yeni il bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində 4 yanvar 2017-ci il tarixində Rəvan Tohidoğlunun "Taleyin oyunu" əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulmuş, əxlaqi-tərbiyəvi mesajlar verilib. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olmuş, aktyorların çıxışları alqışlarla müşayiət olunub.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır. Belə ki, ötən mövsümlərdə də qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundovun "Hekayəti-xırs quldurbasan" və Üzeyir Hacıbəylinin "Arşın mal alan" kimi klassik əsərləri səhnələşdirilib.

ZÜMRÜD

Digər xəbərlər