PDF Oxu

Sosial

  • 1 070

İrəvanda xal qalmadı

İrəvanda xal qalmadı

Azərbaycan deyəndə biz, sadəcə, bir ölkənin adını deyil, ana vətənimizin, tariximizin, kimliyimizin, dünənki, bugünkü və sabahkı varlığımızı qururla səsləndiririk. Özünü tanımayan fərq şəxsiyyət ola bilməz vətəni olmayan insan insan ola bilməz, Bu, həyatın yazılmamış qanunlarındandır. Biz bu gün Ulu Öndərimiz Heydər Əliyevin gənc davamçıları kimi qurur və fəxr hissi ilə deyirik "Mən Azərbaycanlıyam!"

Lakin bu frazanı deyərkən, biz də müəllifi qədər bu sözün məsuliyyətini dərk etməliyik. Bir azərbaycanlının nəyə malik olduğunu, nələri qorumalı olduğunu anlamalıyıq- torpağımızı, sərvətimizi, milli dəyər və ənənələrimizi və sairə.

Bir xalq olaraq ulu keçmişimizi daima yada salıb, gələcək nəsillərə ötürməliyik. "Bilqamış", "Avesta", "Dədə Qorqud" kitablarına, "Orxon - Yenisey", "İssık", "Qlazel", "Qarqar" yazılarından ta şumerlərə kimi gedib çatan tariximizi mənimsəməli öz keçmişimizi tanımalıyıq. Özümüzə, keçmişimizə dönüş edərək, gələcək yazmalıyıq.

Zəngin torpağı, misilsiz sərvətləri, Qafqazın gözü, geosiyasi mövqeyi Azərbaycanın daima yadelli işğalçıların hücumuna məruz qalmasına səbəb olmuşdur Lakin uğurunda onun igid oğulları şucaət göstərərək, qanı-canı bahasına bu dövlətin müstəqilliyinə can atmışlar.

Daima yadellilərin hücümüuna məruz qalan Azərbaycan torpaqları bu gün də özündə bizə məxsus bir yaddaşını qoruyub-saxlayır. Onların bu qoruduqları yaddaş, sanki bizi o yerlər dönüşə səsləyir.

XX əsrdə Azərbaycan tarixinin ən ağrılı yarası olan Qarabağ problemi bu gün də xalqımızın göynəyən yarası olaraq qalmaqdadır. Hər gün səngərdə titrədi xəbərlər bizi biz əzm göstərməyə, düşmən tapdağından torpaqlarımızı azad etməyə çağırır. 20 faiz torpağımız bu gün də düşmən tapdağı altındadır.

Lakin bu gün Qarabağın bugünkü taleyindən yox, Qafqaza qonaq gəlmiş dırnaq arası erməni dövlətindən söz açmaq istəyirəm.

Tarixdən məlumdur ki, ermənilər Qafqazın daimi sakinləri deyil, zaman-zaman buraya müəyyən siyasətin nəticəsin bura köçürülmüşlər. ABŞ-da, Fransada, Rusiyada erməni lobbisinin ikiüzlü siyasəti nəticəsində kimlərinsə əlaltısı olaraq burada başqa torpaqlarda məskən salmışlar. Hazırda Ermənistan dövlətinin yerləşdiyi ərazi Qədim İrəvan xanlığıdır. İrəvan xanlığı sözünü ona görə, xüsusilə, qeyd etdim ki, xanlıqlar dövrü XVIII-XIX əsrləri əhatə edir. Bununla da, erməni tarixinin saxtalığı daha aydın nəzərə çarpır. Hələ Qarabağ xanı Pənahəli xanın vaxtında Qarabağa köçmüş sonradan burada yaşamış ermənilər indi özlərini az qala Qafqazın sahibi hesab edirlər. Tarixin bu faktlarına, təbii ki, biz adi orta məktəb dərslik kitablarında belə rast gələ bilərik.

Çox istərdim ki, daha incə nüanslara nəzər yetirəm. Türklərin yaşadığı yerlər daima onlara məxsus abilərlə, toponimlərlə adlandırılmışdır. Tək bu adlara diqqət yetirmək tarixin susmuş dilini açmaq deməkdir. Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq , Bağçalar, Yoncalıq, Börkçülər və s. (Məhəllələr), Sərdar, Tağlı, Sulu-Susuz, Hacı Əli (Karvansaralar), Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, (Bulaqlar) Gedərçay, Qırxbulaq, Şəhər və Abbas bağları, Məscid meydanı Zal xan meydanı, Göy məscid, Qala məscid, Hacı Bəyim məscidi, Zal xan məscidi, Şəhər məscidi, Novruzəli məscidi, ; Qanlı təpə, Üçtəpə, Qızıl təpə və sairə kimi toponimlər bu xalqın qədim keçmişindən xəbər verir.

Bu faktların heç birinin əlavə şərhə ehtiyacı yoxdur. Acıq-aydın İndiki Ermənistanın Azərbaycan torpaqları olduğu sübut olunur.

Digər bir fakta nəzər yetirmək istərdim . Türklər, azərbaycanlılar harada yaşamalrından asılı olmayaraq, həmişə öz dillərini qorumuşlar. Azərbaycanlıların kompakt yaşadıqları bu dədə-baba torpaqlarında onlar Azərbaycan dilində danışmış və bu dil həmin dövrdə vahid danışıq dili olmuşdur. Hətta həmin dövrdə bura köçüb gəlmiş ermənilər belə dövlət işlərində və gündəlik həyatlarında Azərbaycan dilində danışır və yazırdılar.

Arxiv fondlardan əldə edilən materiallar bunu sübüt edir. "Matenadaranın arxiv fondunda (Kilsə divarı səh. 20-319) saxlanılan məktubu1784-cü ildə kahin Qukas adlı bir nəfər yazmışdır.Məktubda Gürcüstana -II Herakliyə, Bəyazidə İsak paşaya göndərilmiş toxumların siyahısı verilmiş, miqdarı və qiyməti göstərilmişdir. (İ. Məmmədov "Tariximiz, torpağımız, taleyimiz") Bütün bu məktun azərbaycanca yazılmışdır. Bu cür siyahıları çox artırmaq olar.

Ermənilərin zaman-zaman bura köçürülməsini sübut edən demokrafiq sənədlər bu gün də qorunub-saxlanılır. Türkiyədən, Suriyadan və Livandan məcburi şəkildə köçürülmüş ermənilər görəsən necə xalqın yaddaşını silmək istəyirlər? Bu haqda "Gülüstani -irəm" əsərində A.Bakıxanov yazırdı: "Əgər ölkənin qəbilələri, kəndlərinin binaları və qədim asarı geniş bir surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır."

Digər bir fakt isə ermənilərin indi dəyişmək istədikləri tarixi abidələrdir. Lakin bu abidələrin hər biri qədim Azərbaycan mədəniyyətini özündə qoruyub-saxlayır. Qəbirüstü abidələr, türbələr, məscidlər və sairə. Bir qəbirüztü abidənin yazısına nəzər salaq

Bir cavani nazənin məskənidir bu məzar,

Eyləmiş nazik tənin xakiylə yeksan ruzigar

"Daşı Vəli yazdı"

Xristianlıqdan başqa dini qəbul etməyən yeknəsək dövlət olan Ermənistanda başqa millətin yaşamadığı halda müsəlman başdaşının, müsəlman məscidlərinin olması bu torpaqların Azərbaycan torpağı olmasını sübüu edən kifayət qədər aydın dəlildir.

Ermənilərin bu mənfur torpaq iddiyası, nəinki tək bizə qarşı, hətta qonşu dövlətlərə qarşı da yeridirlər. Gürcüstanda Tiflisin cənub bölgəsi, Türkiyənin Bitlis, Van, Xarput, Sivas, Ərzurum, Maraş, Kozan və s. diyarlarının dil uzatmaları, təbii ki, onların iç üzünü sərgiləyir. Onların "soyqırımı siyasəti" bu oyunun bir hissəsidir.

Əsirlərlə qorunub-saxlanılan, yaddaşında azərbaycanlılıq ideyasını daşıyan hər daş, hər cığır, hər yol bu gün bizi gözləyir. Obamıza, elimizə dönməyə!

Sona Həmidova,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Digər xəbərlər