Musa Mikaelyan: "Ermənistan yenə ipdən asılı vəziyyətdə qalacaq"
"Nəticələrini təhlil etmək üçün 2016-cı il, həqiqətən də, bir çox hadisələri ilə yadda qaldı, ancaq digər tərəfdən, yola salınmış ilin hadisələri elə olub ki, bu hadisələr haqqında düşünmək, onları qiymətləndirmək həvəsi belə yoxdur".
SİA xəbər verir ki, bu fikirlər Ermənistanın 1.in.am saytının analitiki Musa Mikaelyan tərəfindən adıçəkilən saytın təhlil bölməsində qeyd olunub. Jurnalist yazır ki, həvəsin olmamasına baxmayaraq, yenə də bəzi olayları yada salmaq məcburiyyəti yaranır. Ən azından yadda saxlanması və təkrarlanmaması üçün. "Biz gərək baş verənləri unutmayaq"-deyə Mikaelyan öz yazısında qeyd edir. Analitikin qeyd etdiyinə görə, bu da yetərli deyil. SİTAT: "Əsas budur ki, "biz bundan hansı nəticələri çıxarıb onu yadda saxlamalıyıq".
"Effektivlik onda olardı ki, fors-major halları baş verməzdi, aprel müharibəsi gözlənilməz şəkildə başlamazdı, iyul hadisələri isə, ümumiyyətlə olmazdı..."
"2016-cı il olayları nöqteyi-nəzərindən baxdıqda, orada bir çox bənzərliklər var - bizim institusional böhran yaşayan dövlətimiz var, yəni bu dövlətin institutları öz təbii fəaliyyətində effektiv deyil"-deyə yazan erməni jurnalist, həmçinin, qeyd edir ki, fors-major hallarda həmin institutların yadlarına real fəaliyyət öhdəlikləri düşürsə, bunu effektivlik adlandırmaq doğru deyil: "Effektivlik onda olardı ki, fors-major halları baş verməyəydi. Məsələn, aprel müharibəsi gözlənilməz şəkildə baş verməzdi, iyul hadisələri isə, ümumiyyətlə olmazdı..."
Mikaelyanın fikrincə, dövlətçilik institutları fəaliyyət göstərərkən, ilk baxışdan elə də həyati əhəmiyyətli təsir bağışlamır: " Vətəndaşlar çox vaxt onların yoxluğunu hiss edir, lakin tamamilə başqa istiqamətlərdə və ilk baxışdan. Bu, yoxluq kompleks analizlərdən sonra anlaşılmağa başlayır. Məhz bundan sonra anlaşılır ki, instusional böhran milli təhlükəsizliyi təhdid edir, çünki institutlar, əlbəttə ki, düşmənə (burada qalib Azərbaycan Ordusu nəzərdə tutulur-red.) mane olmağı bacarmır, halbuki ordu da bir institut rolunu oynayır, təhlükəsizlik missiyasını həyata keçirir. Bundan əlavə, ordu dövlətin həyatına, bilavasitə təsir edir..."
"Ölkə heç bir zəmanəti olmadan yenidən sap üzərində yürüyəcək və nəzərdə tutulan məntəqəyə çatıb-çatmayacağı da bilinməyəcək"
Ermənistanın digər instusional problemlərinə də toxunan Mikaelyan yeni-2017-ci ildə hər hansı bir dəyişikliklərin olmayacağını proqnozlaşdırır. "İnstutisional böhran çox yəqin ki, davam edəcək və mənzərə dəyişməyəcək. Bu, özü-özülüyündə hər hansı bir fors-major yaratmayacaq, fors-majorlar başqa faktorlardan asılı olacaq - daxili və xarici, ancaq dövlətçilik baxımından yaranarsa, onda Ermənistan yenidən tükdən asılı vəziyyətdə qalacaq. Ölkə heç bir zəmanəti olmadan yenidən sap üzərində yürüyəcək və nəzərdə tutulan məntəqəyə çatıb-çatmayacağı da bilinməyəcək..."
"Problem də ondadır ki, dövlətin, siyasi və ictimai institutların effektsizliyi sonda hər şeyi məhv edən təhlükəyə səbəb olacaq"-deyə qeyd edən erməni analitiki bunun baş verməməsi üçün ictimai fikrə cərəyan verməyin vaxtı çatdığını bildirib. Lakin onun fikrincə, Ermənistan cərəyanverici vasitədən məhrumdur: "Problem də, məhz bundadır".
Rövşən NURƏDDİNOĞLU