PDF Oxu

Sosial

  • 830

Naxçıvan Bölməsində toplanılan yeni materiallar tədqiqata cəlb olunub

Naxçıvan Bölməsində toplanılan yeni materiallar tədqiqata cəlb olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan yeni materiallar tədqiqata cəlb olunub. Belə ki, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbiçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor II Kalbalı xan Naxçıvanskinin Rusiyanın Paj Korpusunda təhsili, palkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəklində nəşr olunan Türk Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və Heydər ağa Şahtaxtinski ilə bağlı məlumatlar da elmi araşdırmalara cəlb olunan yeni materiallar sırasındadır. 1917-1920-ci illəri əhatə edən arxiv materiallarında saxtakar ermənilərin Naxçıvana qarşı təcavüz siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər var.

Qeyd edək ki, institutut əməkdaşlarından aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin, elmi işçi Elnur Kəlbizadənin topladığı yeni materiallar Rusiya Dövlət Tarix Arxivindən, Rusiya Dövlət Hərbi-Tarix Arxivindən, Gürcüstan Milli Arxivindən, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanasından, İngiltərənin Milli Arxivlərindən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən, AMEA Naxçıvan Bölməsinin Mərkəzi-Elmi Arxivindən əldə olunublar.

ZÜMRÜD

Digər xəbərlər