PDF Oxu

Sosial

  • 897

"BakuOperArt" layihəsinin təqdimatı olacaq

"BakuOperArt" layihəsinin təqdimatı olacaq

16 yanvar 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın Opera studiyasının "BakuOperArt" layihəsinin təqdimatı baş tutacaqdır. Opera studiyasının ənənəvi keçirilən konsertlərinin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, professor Fəxrəddin Kərimov builki tədbir dinləyiciləri üçün xüsusi surprizlər hazırlanmaqdadır. Layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdir. Konsert proqramında Bakıda az səhnələşdirilmiş operalardan tanınmış parçalar səsləndiriləcəkdir. Onların bəziləri musiqili premyera olacaqdır. Həmçinin, layihə çərçivəsində Bakıda artıq 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun "Faust" operasından bütöv akt nümyiş ediləcək.

Komandanı təşkil edən ulduz solistlər: Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştand, Adil Axundov və b. Solistlərlə bahəm tədbirdə xor nömrələri də yer alacaqdır. Xorun bədii rəhbəri Gülbacı İmanova və Opera studiyasının orkestri, şübhəsiz ki, operasevər dinləyicilərə parlaq emosiyalar bəxş edərək, unudulmaz anlar yaşadacaqlar.

NƏZAKƏT

Digər xəbərlər