PDF Oxu

Sosial

  • 701

Beynəlxalq məsləhətçi Berri Uols Milli Kitabxanada olub

Beynəlxalq məsləhətçi Berri Uols Milli Kitabxanada olub

Dünən Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elektron Kitabxana Layihəsinin məsləhətçisi olan cənab B.Uols əvvəlcə layihə haqqında məlumat verib. O, bu elektron kitabxanada bütün hüquq ədəbiyyatını toplanmaq istədiklərini bildirmiş, eyni zamanda, müəllif hüquqlarının qorunmasının zəruriliyinə də toxunub.

Azərbaycan Milli Kitabxanasının bu sahədə təcrübəsindən danışan K.Tahirov beynəlxalq məsləhətçiyə hər sahədə yardım etməyə hazır olduqlarını bildirib.

Kitabxana ilə tanış olan B.Uols Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları, bu sahədə daha çox hansı dövri mətbualta müraciət etdikləri ilə maraqlanıb.

Görüşün sonunda beynəlxalq məsləhətçi Elektron kitabxananın yaradılmasında Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa ümid etdiyini bildirmiş, oxucular arasında sorğu keçirməyə şərait yaradılmasını xahiş edib.

Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, "Azərbaycan mətbəxi" (ingilis dilində) və b. kitablar qonağa hədiyyə verilib.

ZÜMRÜD

Digər xəbərlər