PDF Oxu

Sosial

  • 1 068

"Bakıda mənə bələdçilik et" layihəsinə başlanılır

"Bakıda mənə bələdçilik et" layihəsinə başlanılır

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və "PASHA Travel" şirkəti birgə "Bakıda mənə bələdçilik et" ("Guide me in Baku") layihəsinə başlayır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, layihə ilə əlaqədar "PASHA Travel"in ofisi universitetlə turizm şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədi ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov və "PASHA Travel"in əməliyyatlar üzrə baş direktoru Florian Senqsşmit imzalayıb.

E.Aslanov çıxış edərək bildirib ki, ölkəmizdə turizm bələdçiliyi sahəsində 2008-ci ildən ATMU-nun Təlim Mərkəzi tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də kurslar təşkil edilir. Bu günədək kursları uğurla başa vuran 57 nəfər Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçilərinin Akkreditasiya Komissiyasından keçməklə, müvafiq bələdçi kartlarını alıb. Bələdçi kurslarını bitirmiş şəxslər üçün keçən dövr ərzində Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 (Hands on Traning ) və HOT 2 təlimi təşkil edilib və beynəlxalq sertifikatlar alınıb. Onlardan bir nəfər - alman və ingilis dili üzrə bələdçi Səkinə Əsgərova 2016-cı ilin dekabrında Beynəlxalq Turizm Bələdçiləri Federasiyasının Kiprdə təşkil etdiyi kursları və imtahanları uğurla başa vuraraq, federasiyanın beynəlxalq bələdçi təlimçisi sertifikatını əldə edib.

E.Aslanov "PASHA Travel"in ölkəmizə gələn turistlərə daha keyfiyyətli xidmət göstərmək üçün akkreditasiyadan keçmiş bələdçilərlə çalışmaq təşəbbüsünü yüksək dəyərləndirib. Bildirdi ki, ATMU tərəfindən "PASHA Travel"in tələblərinə uyğun, dünya standartlarına cavab verən sillabus hazırlanıb: "Tədris proqramı nəzəri biliklərə yönəlib, coğrafiya, ilkin tibbi yardım, müasir həyat, mədəniyyət və incəsənət, kulinar turizm, tematik turların dizaynı, bələdçi texniki-peşə bilikləri, etnoqrafiya kimi fənləri əhatə edir və müasir turistin tələblərinə uyğun formalaşdırılıb".

İmzalanan memorandumun əhəmiyyətini vurğulayan Florian Senqsşmit qeyd edib ki, "PASHA Travel" ATMU ilə birgə icrasına başlanılan layihənin məqsədi ölkəsini sevən və xarici dilləri bilən gəncləri turizm sahəsinə cəlb etməkdir:"Layihə icra olunduqdan sonra turistlər üçün bələdçilik turlarının çeşidləri artırılacaq.Həyata keçirəcəyimiz kursda bütün turistlərin maraqlarını təmin etmək üçün proqram və alətlərin öyrənilməsi üçün bu sahənin peşəkarları cəlb olunub". Bu istiqamətdə ATMU-nun zəngin təcrübəyə malik olduğunu deyən F.Senqsşmit bildirib ki, turizm Azərbaycanda sürətlə inkişaf edən və böyük potensiala malik sahədir.

ZÜMRÜD

Digər xəbərlər