PDF Oxu

Sosial

  • 2 222

Ermənistan "DQR" sərhədlərini hazırkı çərçivədə saxlamaq imkanını itirəcək

Ermənistan "DQR" sərhədlərini hazırkı çərçivədə saxlamaq imkanını itirəcək

Erməni ekspert: "Ermənistan Avrasiya İttifaqına qoşularaq, hərbi-siyasi qərarların verilməsi baxımından Moskvaya preroqativ güzəştə getdi"

"2016-cı il Ermənistan üçün böhranlı il olub. Baxmayaraq ki, ölkənin daxili və xarici mühitindəki uğursuzluqlar sürpriz deyil. 2017-ci ildə isə Ermənistanın müstəqil ölkə kimi funksiyası zəifləməkdə davam edəcək, Rusiyanın təsiri artacaq, bu isə belə qənaətə gəlməyə əsas verir ki, Ermənistan iqtisadi və milli təhlükəsizlik baxımından, daha da asılı vəziyyətə düşəcək. Necə ki, 2013-cü ildə artıq öz xarici siyasət seçimində Avrasiya İttifaqına qoşularaq, hərbi-siyasi qərarların verilməsi baxımından Moskvaya preroqativ güzəştə getdi".

SİA-nın xəbərinə görə, bu fikirləri Ermənistanın 1.in.am saytına Londonun "Jane's Intelligence" analitik mərkəzinin müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Lilit Gevorkyan 2017-ci ildə Ermənistanı gözləyən hadisələri proqnozlaşdırarkən deyib.

Qarabağ münaqişəsi məcburi şəkildə başlayacaq

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə gəlincə, o deyib ki, bölgədə hərbi əməliyyatların yenidən başlanması ehtimalı yüksəkdir və Moskva ilə Bakı siyasi məqsədləri baxımından, ümumi razılığa gəlsələr, ictimaiyyət isə əldə edilməsi mümkün görünən razılaşmaya qarşı çıxış etsə, bu zaman Qarabağ münaqişəsi məcburi şəkildə başlayacaq.

Lilit Gevorkyan deyib ki, münaqişə yenidən alovlanarsa, Bakı hücum şansından istifadə edəcək ki, nəticə hesabı ilə hadisələr bu dəfə daha sürətli və qanlı sonluqlara gətirib-çıxara bilər. Lakin erməni eksperti burada Moskvanın həlledici rol oynadığını da deyib. Ekspert bildirib ki, belə olarsa, Ermənistan "DQR" sərhədlərini hazırkı çərçivədə saxlamaq imkanını itirəcək.

Analitik mərkəzin eksperti əlavə edib ki, Qarabağ münaqişəsinin həlli məsələsində yeni baxış yaratmaq lazımdır. Bunun üçün isə strateji müttıfiq hesab edilən Rusiyaya qarşı müqavimət göstərilməli, iki ölkə arasında maraqların toqquşmaması da nəzərə alınmaqla, azad seçki mühiti yaradılmalıdır.

Ermənistanın Avrasiya İttifaqındakı üzvlüyü məsələsinə də toxunan Gevorkyanın fikrincə, Ermənistan bu quruma üzv olan digər ölkələr kimi yalnız kosmetik dəyişikliklərlə məşğuldur ki, bu da sosial narazılıqlara gətirib-çıxarır.

Ermənistanda islahatların aparılacağı barədə verilən vədlər, nəticə etibarilə real müxalifət mətbuatına, müxalifət baxışlı şəxslərə qarşı nəzarəti daha da sərtləşdirəcək

"Ciddi sistemli dəyişikliklər, yəni ədalətli seçkilər, korrupsiyaya qarşı ciddi mübarizə, ədalətli, azad sistem olmayacaq"-deyə qeyd edən erməni siyasi eksperti əlavə edib ki, yeni hökumətin formalaşdırılması adı altında aparılan aldadıcı kampaniya - bəzi məmur qruplarının həbsi, onların korrupsiyada ittiham olunmaları və Ermənistanda islahatların aparılacağı barədə verilən vədlər nəticə etibarilə real müxalifət mətbuatına, müxalifət baxışlı şəxslərə qarşı nəzarəti daha da sərtləşdirəcək.

Lilit Gevorkyan Ermənistanda aclıq və səfalətin baş aldığını da bu kimi amillərlə əsaslandırıb və rəqəmlərlə toxunub. SİTAT: "Dünya Bankının kriteriyalarına əsasən, 2015-ci ildə Ermənistan əhslisinin 76 faizi yoxsulluq həddində yaşayırdı. Bu, mövcud sistem üçün çox təhlükəli bir haldır. Mühacirətlər müəyyən həddə vəziyyəti yüngülləşdirə bilər. Lakin hazırkı iqtidar daha kəskin etirazların yaranmaması üçün öz ənənəvi rıçaqlarından istifadəsini davam etdirəcək".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər