PDF Oxu

Sosial

  • 1 226

YAP Yevlax rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir

YAP Yevlax rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıq işlərinə start verilib. 21 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatının şura iclasında YAP Yevlax rayon təşkilatının IX konfrasının keçirilməsi üçün konfransa nümayəndələrin müəyyənləşdirilməsi, hazırlıq tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, həmçinin, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə əsasən, artıq rayon təşkilatının ilk partiya təşkilatlarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənləşdirilməsinə başlanılıb. Bu məqsədlə YAP Yevlax rayon təşkilatı Mədəniyyət ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatı Mədəniyyət ilk partiya təşkilatının sədri Seymur Novruzov açaraq, hesabat məruzəsi ilə çıxış edib, ilk partiya təşkilatının fəaliyyəti barəsində məlumat verib. Onun sözlərinə görə, sədrlik etdiyi ilk partiya təşkilatında 506 nəfər partiya üzvü birləşir. Hesabat dövrü ərzində təşkilatda 73-dən artıq gənc partiya sıralarına üzv qəbul edilib. Partiya üzvlük haqlarının toplanması və uçot-protokol işlərinin aparılması yüksək dəqiqlik və şəfaflıq şəraitində həyata keçirilir.

Çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev YAP-ın Azərbaycanda aparıcı siyasi qüvvə olduğunu bildirib. Qeyd olunub ki, bu gün YAP-a müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Bu da onu göstərir ki, gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

Sonra YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək, Mədəniyyət ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işləri müsbət qiymətləndirib. Bu sahədə, məhz qadın partiyaçıların fəallığını xüsüsi diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər Yevlax rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları Zöhrə Adıgözəlova, Rafiq Məmmədov, Eldəniz Musatafayev, Allahverdi Cəbrayılov və başqaları partiyanın yaranma tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işləri bir başlanğıc kimi qiymətləndirərək, növbəti mərhələdə daha fəal və səmərəli işləməyi qarşılarına öhdəlik kimi götürüblər. Yığıncaqda təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilatının sədri və müavinləri, YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

ZÜMRÜD

Digər xəbərlər