PDF Oxu

Sosial

  • 817

YAP Xəzər rayon təşkilatının X konfransına hazırlıq işlərinə start verilib

YAP Xəzər rayon təşkilatının X konfransına hazırlıq işlərinə start verilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının X konfransına hazırlıq işlərinə start verilib. Rayon təşkilatı şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, eyni zamanda, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə uyğun olaraq, rayon təşkilatının ilk partiya təşkilarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənləşdirilməsinə başlanıb.

YAP Xəzər rayon təşkilatından verilən məlumata görə, rayon təşkilatının 124 saylı orta məktəbin ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda ərazi ilk partiya təşkilatının sədri Sevda Abdullayevanın hesabat məruzəsi dinlənilib. Həmçinin, ərazi ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib.

YAP Xəzər rayon təşkilatının 183 saylı orta məktəbin ərazi ilk partiya təşkilatının da hesabat-seçki iclası keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Sevda Babalıyeva hesabat məruzəsi ilə çıxış edib. Ərazi ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib. Eyni zamanda, rayon təşkilatının Valideyn himayəsindən məhrum olunmuş uşaqların 2 saylı ümumi orta internat məktəbinin ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda ərazi ilk partiya təşkilatı sədri Dilarə Məşədiyevanın hesabat məruzəsi dinlənilərək, ərazi ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib.

YAP Xəzər rayon təşkilatının məlumatında qeyd olunub ki, ötən müddət ərzində rayon təşkilatı İcra Katibliyinin proqram və təlimatlarına və YAP-ın ideoloji xəttinə uyğun tərzdə səmərəli fəaliyyəti ilə seçilərək, təbliğatını daha da gücləndirib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6 min 61 nəfər birləşib ki, onların da 2655 nəfərini gənclər, 3715 nəfərini qadınlar təşkil edir. Bütün bunlar, onu deməyə əsas verir ki, YAP Xəzər rayon təşkilatının uğurlu fəaliyyətinin əsasında təşkilatın sıralarında birləşən üzvlərin genişmiqyaslı fəaliyyəti dayanır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər