PDF Oxu

Sosial

  • 1 004

Yeni inkişafa və tərəqqiyə doğru

Yeni inkişafa və tərəqqiyə doğru

YAP Tərtər rayon təşkilatının Seydimli ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Dünən YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində, rayon təşkilatının 22 dekabr 2016-cı il tarixli şura iclasının təsdiq etdiyi qrafikə uyğun olaraq Seydimli ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

İclasın gündəliyinə uyğun olaraq Seydimli ərazi ilk partiya təşkilatının sədr müavini Nəsibə Əliyeva konfranslararası müddətdə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı iş və tədbirlər planlarına müvafiq olaraq öz işini qurmuş, ərazidə ideya-siyasi tərbiyə, təbliğat və təşviqat işlərinin yüksək səviyyədə həyata keçirilməsinə nail olmaq məqsədi ilə hər bir partiya üzvünün partiya tapşırıqları ilə əhatə olunmalarına diqqəti artırmış, təşkilatda partiyaya gənc, ziyalı, dövlətçiliyə sadiq insanların qəbulunu daim diqqət mərkəzində saxlamışdır.

Hesabat məruzəsinin sonunda əmin edilmişdir ki, Seydimli ərazi ilk partiya təşkilatı bundan sonra da Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasətinin birmənalı şəkildə bəyənilərək, həyata keçirilməsi üçün bütün imkanları səfərbər edəcəkdir.

Ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Nürəddin Həsənov, Təbriz Quliyev və Sürəyya Hüseynova çıxış edərək, ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərə dair təşkilatın sədrinin hesabatının nəzərə alınmasını təklif etdilər.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov yığıncaqda çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bizlərə əmanət qoyub getdiyi Yeni Azərbaycan Partiyası artıq 26-cı ildir ki, Azərbaycanda siyasi müstəvidə xalqın sevimli və inandığı təşkilat kimi müasir Azərbaycanda dövlət quruculuğu, siyasi, iqtisadi islahatların həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub- saxlanılması istiqamətində həyata keçirilən işlərdə öz sıralarında birləşdirdiyi çoxminli partiya üzvlərinin fəal iştirakı ilə öz sözünü əməli işlərlə sübuta yetirmişdir.

R.Şabanov qeyd etdi ki, rayon təşkilatı və onun ərazi ilk partiya təşkilatları, ilk növbədə, onu nəzərə almlaıdırlar ki, Tərtər rayonu 48 km-lik bir məsafədə düşmənlə həmsərhəddir. Buna baxmayaraq əhalimiz, o cümlədən, Seydimli kəndinin sakinləri möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi qayğıdan ruhlanaraq qurub-yaratmaq eşqlərini artırmaqdadırlar. Prezidentimizin ötən ilin aprel hadisələrindən sonra iki dəfə rayonumuza səfər etməsi, rayon əhalisində, hər bir YAP üzvündə dövlətə və onun başçısına inamı qat-qat artırmış, onlar Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdə öz fəallıqlarını artırmışlar.

Hesabat-seçki yığıncağında təşkilatı məsələlərə baxılmış, yeni idarə heyəti və rayon təşkilatının IX konfransına nümayəndələr seçilmişdir.

GÜLYANƏ

Digər xəbərlər