YAP Goranboy rayon təşkilatı yaradılmasının 22-ci ildönümünü qeyd etdi
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı partiyanın rayon təşkilatının yaradılmasının 22-ci ildönününü qeyd edib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan Respublikasının Banisi, Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsni ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, Onun əziz xatirəsini yad ediblər.
Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirilib. Tədbiri giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq, qeyd edib ki, rayon təşkilatının 22 il ərzində gördüyü fəaliyyətin tərkib hissəsi məhz Yeni Azərbaycan Partiyasının fəaliyyətinin inkişafına yönləndirilib: "Məhz bu davamlı fəaliyyət növbəti uğurlara və nailiyyətlərə yol açıb." Təşkilat sədri çıxışında partiyanın ölkəmizin inkişafındakı xidmətindən, partiyanın yaranma zərurətindən, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafındakı xidmətlərindən, son zaman, Azərbaycanın iqtisadi mədəni inkişafında Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətlərindən bəhs edib və əminliklə qeyd edib ki, YAP Goranboy rayon təşkilatının sədri əlavə edib ki, hər bir partiya üzvü bu siyasətin ətrafında daha da sıx birləşərək, qələbə və zəfərlərə doğru yolda inamla davam edəcək.
Çıxış edən YAP Goranboy rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova bildirib ki, bu gün ölkəmizdə Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan kütlə və və dayanıqlı siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya mövcud deyil. "Əgər 1995-ci ildə YAP Goranboy rayon təşkilatının sıralarında 500 nəfərə yaxın üzvü vardırsa, hazırda onların sayı 7068 nəfərdən çoxdur. Bu da Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə, siyasi fəlsəfəsinə sədaqət və ehtiramıdır. Bu gün Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasətə inamın və etibarın ifadəsidir".
Daha sonra çıxış edənlər - əməkdar müəllim İsgəndər Səklikov, YAP rayon gənclər birliyinin sədri Həsən Şirinov, YAP qadınlar şurasının sədri Zülfiyə Qarayeva da çıxış edərək, YAP-ın yaranma tarixindən və əldə etdiyi nailiyyətlərindən bəhs ediblər.
Tədbirin sonunda Partiya sıralarına yeni daxil olan bir qrup gəncə YAP-ın vəsiqələri təqdim olunub.
Rövşən RƏSULOV