PDF Oxu

Sosial

  • 1 100

YAP Ağcabədi rayon təşkilatının yaranmasının 22 illiyi münasibətilə tədbir keçirilib

YAP Ağcabədi rayon təşkilatının yaranmasının 22 illiyi münasibətilə tədbir keçirilib

YAP Ağcabədi rayon təşkilatının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev meydanına gələrək, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yaranmasından və hazırda öz ətrafında 680 mindən çox siyasi həmfikri birləşdirən bu təşkilatın ölkədə rolu və tutduğu mövqeyindən danışıb. Natiq bildirib ki, bütün dünyada böhran hökm sürdüyü halda, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında respublikamız iqtisadi, dinamik inkişaf dövrünü yaşayır.

Sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov təşkilatın yaranması və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib: "1995-ci il yanvarın 15-də üzvlərinin sayı 400 nəfər olan YAP Ağcabədi rayon təşkilatının I təsis konfransı keçirilib. Bu gün YAP Ağcabədi rayon təşkilatı 98 ərazi ilk partiya təşkilatı ətrafında 13005 nəfər siyasi həmfikri birləşdirir ki, onlardan 5937 nəfərini qadınlar, 5064 nəfərini isə gənclər təşkil edir. Təkcə 2016-cı ildə YAP sıralarına 932 nəfər daxil olub. Yarandığı gündən YAP Ağcabədi rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin göstəriş və sərəncamlarından irəli gələn vəzifələri, YAP-ın göstəriş və tövsiyələrini vaxtında və layiqincə yerinə yetirmişdir."

Tədbirdə 3 saylı ərazi ilk partiya təşkilatının sədri Həcər Əliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Behbud Quluzadə, rayon təşkilatı qadınlar şurasının üzvü Solmaz Rəhimova və digərləri çıxış edərək, təşkilatın yaranmasının 22-ci ildönümü münasibətilə öz siyasi həmfikirlərini təbrik edərək, YAP-ın ölkə həyatında tutduğu mövqe, oynadığı rol, rayon təşkilatının gördüyü işlər barədə öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda YAP Ağcabədi rayon təşkilatının yaranmasında xidmətlərinə görə, YAP veteranları Tofiq Ağamirov və Məzahir Səlimov, eləcə də, bir qrup partiya fəalları YAP rayon təşkilatının Fəxri Fərmanı ilə təltif ediliblər. Eyni zamanda, YAP sıralarına daxil olmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim olunub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər