PDF Oxu

Sosial

  • 795

Erməni iqtisadçıdan şok-etiraflar

Erməni iqtisadçıdan şok-etiraflar

Aşot Yegizaryan: "Biz özümüz-özümüzü alternativ inkişafdan məhrum etmişik"

Ermənistanın baş naziri Karen Karapetyan jurnalistlərlə söhbətində növbəti dəfə etiraf edib ki, ölkə iqtisadiyyatının vəziyyəti yumşaq deyilərsə, sağlam deyil.

SİA xəbər verir ki, bununla bağlı Ermənistanın 1.in.am saytına açıqlama verən iqtisadçı-ekspert Aşot Yegizaryan deyib ki, əslində, hadisələrin axarına diqqət yetirilərsə, iqtisadi vəziyyət baş nazirin bu posta təyin olunduğu müddətdən bəri daha da pisləşib: "Həmin vaxtlar kifayət qədər gözləntilər var idi, lakin 100 gün sonra vəziyyət daha da ağırlaşdı. Bu baxımdan, uğurlar barədə söhbət gedə bilməz, çünki həmin uğurlar, ümumiyyətlə yoxdur".

"Rusiyadan asılı qalmağımız heç bir inkişafa aparıb-çıxarmayacaq"

Erməni iqtisadçının sözlərinə görə, belə bir vəziyyətdə Rusiyadan asılı durumda qalmaqla inkişafdan söhbət belə gedə bilməz: "Rusiyaya qarşı bütün dünyada izolə siyasətinin aparıldığı bir zamanda bizim özümüzü bu ölkədən ayrı görməməyimiz, əksinə, ona yaxınlaşmağımız heç bir inkişafa aparıb-çıxara bilməz".

O, bu sözlərini belə izah edib ki, əgər Rusiyaya qarşı iqtisadi sanksiyalar tədbiq olunursa, həmin skansiyaların Ermənistana təsiri realdır. Yəni Rusiyanın siyasəti Ermənistanın siyasəti üzərində hökmranlıq edir və belə davam edərsə, yaxın gələcəkdə ölkənin iqtisadi inkişafı baxımından planlar qurmaq, sadəcə, utopiyadır.

"Avropa İttifaqından imtina etmişik, İrandan da imtina edirik..."

"Biz özümüz-özümüzü alternativ inkişafdan məhrum etmişik"-deyə qeyd edən Aşot Yegizaryan əlavə edib ki, digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də qeyri-müstəqil olamaq faktoru ölkənin xarici iqtisadi siyasətinin reallaşmamasına səbəb olmaqdadır: "Bizdə seçim mümkünlüyü qalmayıb, biz Avropa İttifaqından imtina etmişik, İrandan da imtina edirik, bizi seçim etməkdən məhrum ediblər".

Erməni iqtisadçı sonda vurğulayıb ki, mövcud hallar davam edərsə, vəziyyət daha da pisləşəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər