Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Akif Süleymanov hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb. O, qeyd edib ki, illik tədbirlər və planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, Yeni Azərbaycan Partiyasının nüfuzu, bütün ilk təşkilatlarda olduğu kimi, bizim təşkilatda da daha da möhkəmlənib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, bütün seçkilərdə partiyanın qazandığı qələbələrdən danışmışdır. Bildirmışdir ki, 1992-ci il noyabrın 21-də Dahi Şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib, partiyanın yaradılması haqqında qərar qəbul edilib. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. F.Vəliyev qeyd edib ki, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilk partiya təşkilatı da fəaliyyətə başladığı gündən Ümummilli Liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanır, təşkilatın qeydiyyatında duran hər bir partiya üzvü Şəmkir rayonunda aparılan quruculuq işlərində yaxından iştirak edir.
Hesabat-seçki yığıncağının iştirakçıları ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdilər.
Daha sonra iclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başaldı və çıxışlar davam etdirildi. İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edildi. Təşkilatın idarə heyətinin üzvləri, sədri, müavinləri və YAP Şəmkir rayon təşkilatının IX konfansına nümayəndələr seçildi.
GÜLYANƏ