PDF Oxu

Sosial

  • 1 120

YAP Qobustan rayon təşkilatının ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Qobustan rayon təşkilatının ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Qobustan rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Belə ki, dünən Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının hesabat-seçki yığıncaqları, təsdiq olunmuş qrafikə əsasən, ilk partiya təşkilatlarında uğurla davam etdirilib. Növbəti hesabat-seçki yığıncağı yeni yaradılmış Qobustan rayon kənd təsərrüfatı ərazi ilk partiya təşkilatında böyük ruh yüksəkliyi ilə baş tutub.

Gündəlikdə duran məsələ barədə YAP Qobustan rayon təşkilatı Kənd Təsərrüfatı ərazi ilk partiya təşkilatının sədri Həsənağa Hüseynov çıxış edərək bildirib ki, ölkəmizin hər yerində, eləcə də Qobustanda Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir.Məruzəçi yığıncaq iştirakçılarını əmin edərək bildirdi ki, partiyanın bundan sonra da qarşıya qoyulan bütün tapşırıqları daha məsuliyyətlə icra edəcəklər.

YAP Qobustan rayon təşkilatının sədri F.Gülaliyev çıxışında Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə yaradıldığını qeyd edib: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Ölkə vətəndaşları milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni bir siyasi qüvvəyə ehtiyac duyurdular. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə ziyalılar Ona müraciət ünvanladılar.21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi".

Yığıncaqda Ç.Rəhimov, K.Aydınova, A.Muradov və digərləri çıxış edərək, ərazi ilk partiya təşkilatının yeni yaranmasına baxmayaraq, yaxın vaxtlarda gördükləri işləri müsbət qiymətləndirdilər.YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatında bir nəfər nümayəndə seçilib.

Hüseynov Həsənağa Allahverdi oğlu ərazi ilk partiya təşkilatının yeni sədri seçilib.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər