PDF Oxu

Sosial

  • 1 087

YAP Ağdam rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Ağdam rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yanvarın 9-dan başlayaraq, YAP Ağdam rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə start verilib. Bu günə qədər artıq 13 ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib. Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Maliyyə İdarəsi ərazi ilk partiya təşkilatında keçirilib.

Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Rəşad Məhərrəmov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib: "Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı 1993-cü ildə təsis edilib. Rayon təşkilatı 65 ərazi ilk partiya təşkilatı üzrə 6356 nəfər YAP üzvünü öz sıralarında birləşdirir ki, onlarında 2669 nəfərini qadınlar, 1798 nəfərini isə gənclər təşkil edir". O bildirib ki, ölkəmizin hər yerində, eləcə də, rayonumuzda Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir. Məruzəçi yığıncaq iştirakçılarını əmin edərək bildirib ki, partiyanın bundan sonra da qarşıya qoyulan bütün tapşırıqları daha da məsuliyyətlə icra ediləcək.

Ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlər müsbət qiymətləndirilib. Sonra ərazi ilk partiya təşkilatına ilk partiya təşkilat sədri, müavini və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına nümayəndələr seçilib.

ZÜMRÜD

Digər xəbərlər